Sonuncu fəsil — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.
Məzmun
Bir gün polis polkovniki Xanlar Əfəndiyevin (Ramiz Novruz) oğlu Zaur (Anar Seyfullayev) maşınla naməlum adam vurur. Hadisə zamanı onun yanında yalnız dostu Fəxrəddin (Niyaz İlyasoğlu) olur. Məsələdən xəbər tutan polkovnik Əfəndiyev Zaurun dostunun ağzından söz çıxarıb-çıxarmayacağını yoxlamaq qərarına gəlir. "İmtahan"dan uğurla çıxan Fəxrəddin Əfəndiyevin rəğbətini qazanır. Bunu görən Fəxrəddin fürsət varkən, bu iki ailənin qohum olması barədə anası Zərnigara (Mahirə Yaqubova) təklif verir. Gənclərin şəxsi razılığı olmadan aparılan toy hazırlığı yalnız onların ailələrinin marağındadır. Xanların qızı Zümrüd (Kəmalə Piriyeva) dayısı oğlu Altayı (İlqar Cahangir), Fəxrəddinin qardaşı İlyas (İlham Hüseynov) isə, cavan ikən dul qalmış iş yoldaşı Vəfanı (Natəvan Hacıyeva) sevir. Buna görə də, gənclər sevgilərinə qovuşmaq üçün ailələrinin əleyhinə gedərək çıxış yolu axtarırlar.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Rövşən İsax, Əyyub Qiyas, Vüqar Əmirov Quruluşçu rejissor : Rövşən İsax Operatorlar : Hüccət Cəfərov, Tahir Xəlfəquliyev Bəstəkar : Nailə Mirməmmədli İkinci rejissor : Vüqar Əmirov İcraçı prodüser : Rizvan Məmmədov Səs : Anar Quliyev, Vasif Sultanov Montaj : Cavid Cəlil Qrafik dizayn : Ayaz Qasımbəyli Aranjiman : Vasif Arifoğlu Qrim : İlqar Cəfərov Rejissor assistenti : Aida Pənahova İşıq : Xəzər Sultanov, Əlibala Zamanov Saç və makiyaj : Sara Nuriyeva, Nərgiz Əsgərova Mətbəx işləri : Lətifə Qüdrətova, Rəna Abbasova Sürücülər : Ramitdin Səfərov, Cəbrayıl Cəfərov
Rollarda
Aktyor Rol İlqar Cahangir Altay Oqtayoğlu Kəmalə Piriyeva Zümrüd Əfəndiyeva Natəvan Hacıyeva Vəfa Qurbanova İlham Hüseynov İlyas Zamanlı Anar Seyfullayev Zaur Əfəndiyev Ramiz Novruz polkovnik Xanlar Əfəndiyev Flora Hüseynova Nüşabə Əfəndiyeva Mahirə Yaqubova Zərnigar (Zəri) Niyaz İlyasoğlu Fəxrəddin (Faxı) Zamanlı Günay Əhməd Yağış Zamanlı Şövqi Hüseynov Sədi Zamanlı Rauf Şahsuvarov Şamo Xuraman Əliyeva Aida Gültac Əlili Qönçə Hüseyn Əlili Sabir Məmmədov əmi Anar Cavanşir Sərdar İlkin Mehdiyev Mətləb Səfərli Tələt Nadir Əzməmmədov Məmməd müəllim Rövşən Almuradlı Oqtay İlhamə Əhmədova Eldəniz Tağıyev Muxtar Sevda Orucova Raidə Loğman İsazadə Məhəmməd Niyazov Vüsal Həsənov Sərxan Mərifəti Gülarə Ağazadə Zamiq Əzizov Məlahət Əhməd Rəsul Qasımov Nigar Verdiyeva Kamil Nazimoğlu Seymur Məmmədov Samir Rəhimov Elnur Abdullayev Məmmədəli Balayev Svetlana Bulax Tamara Vaqif İbrahim Şəbnəm Nəsirova Afaq Əhmədova Rövşən İsax sürücü
Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Xəzər rayon Polis İdarəsi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Gəncə Dövlət Dram Teatrı Gəncə şəhəri "Deluxe" oteli Soliton Beko Grundig Blomberg "Neptun" supermarketi Gautier Mebel Salonu Uventa Miracle City Dialog Oktayoğlu Ağ çiçəyim "Bakı" Rəsm Qalereyası X-Lady "Meridian" restoranı Grand Hospital
Çəkilişə kömək edənlər Ramil Usubov (general-polkovnik)
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər Filmi izlə (1-28, 30-40-cı seriyalar) Filmi izlə (29-cu seriya) Filmi izlə (41-ci seriya)
Kateqoriya:2013-cü ilin Azərbaycan teleserialları Kateqoriya:Azərbaycan dilində teleseriallar Kateqoriya:Rövşən İsaxın filmləri