Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor.
Həyatı Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.
Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur.
1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib.
2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
50-dən artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissorudur.
Rəhbərlik etdiyi yaradıcı qrupun hazırladığı "Azərbaycan qalaları" sənədli filmlər silsiləsi 2009-cu ildə "Humay" mükafatına layiq görülüb.
22 dekabr 2022-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
3 fevral 2023-cü ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunub.
24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
"Mənim tanıdığım Vaqif". Premyera "Mənim tanıdığım Vaqif" filminin təqdimatı keçirilib Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Lider TV-nin jurnalistləri