Bakı Fransız Liseyi — Bakıda, "Ağ Şəhər" adlanan ərazidə yerləşən təhsil müəssisəsi.Bakı Fransız Liseyi haqqında Fransanın Azərbaycandakı Səfirliyinin saytında olan məlumat . ambafrance-az.org, 02.01.2015 2024-cü ildə bağlanması haqqında qərar qəbul edilmişdir.
Tarixi
Təməlinin qoyulması Liseyin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulmuşdur.İlham Əliyev və Fransa Prezidenti Nikola Sarkozi Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində iştirak etmişlər. president.az Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalamışlar.
Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək vermişdir. Liseyin yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaqdır.İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olmuşlar. president.gov.az
11 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar. Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olmuşdur.İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib. president.gov.az Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Bağlanması 2024-cü ilin aprelində kommersiya problemləri səbəblərindən liseyin bağlanması barədə qərar qəbul edilmişdir. Liseyin 2024-cü ildəki yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması gözlənilir.
Maddi-texniki bazası Liseyin binası 320 yerlikdir. Bakının "Ağ Şəhər" adlanan ərazisindəki Paris məhəlləsində inşa olunan bu təhsil müəssisəsinin 2014-cü ilin may ayının 11-nə kimi tikintisi üzrə işlərin mühüm hissəsi başa çatmışdır və qalan işlərin isə 2014-cü ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunmuşdur. Sahəsi 14 min kvadratmetrdir.
Tədris planı Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırdılar.
Həmçinin bax Azərbaycanda Fransız İnstitutu Azərbaycan-Fransız Universiteti
İstinadlar
Xarici keçidlər
"Facebook" səhifəsi Heydər Əliyev Fondunun saytında
Kateqoriya:2011-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:7 oktyabrda yarananlar Kateqoriya:2024-cü ildə ləğv olunan təşkilatlar Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Bakı liseyləri Kateqoriya:Ağ Şəhər Kateqoriya:Azərbaycanda fransız dili