Vampirin gündəlikləri teleserialının III mövsümünün çəkiləcəyi CW tərəfindən 16 aprel 2011-ci ildə elan edilmiş və serial 15 sentyabr 2011 – 10 may 2012-ci illər arasında efirə verilmişdir. Serialın 22 seriyadan ibarət olan üçüncü mövsümü Klausun mənşəyi, onun şəhərə gəlməsi və ilk nəsil vampirlər ailəsinin tarixçəsi ətrafında qurulmuşdur. Üçüncü mövsüm əsasən müsbət reaksiyalarla qarşılanmışdır. Hadisələr serialın ikinci mövsümündə kəsilir və üçncü mövsüm Yelena Gilbertin 18 yaşının olması ilə başlayır. Bu mövsümdə bir neçə dəfə canlandırdığı obraz Cena Sommers ikinci mövsümdə ölmüş Sara Kanninq seriala qayıtmışdır. Klaus obrazını canlandıran Cozef Morqan da həmçinin bir neçə dəfə bu mövsümdə serialda görünmüşdür.
Ssenari xətti
Üçüncü mövsüm əsasən ilk nəsil vampirlərin həyat tarixi və onların Mistik Follsa qayıtması ilə bağlıdır. Klaus Stefanı öz tərəfinə çəkməyə çalışır. Stefanın qaranlıq tərəfi özünü göstərir, Yelena və Deymon bir-birlərinə qarşı hisslərinə görə xəcalət çəkirlər, lakin Stefanın əvvəlki hisslərini geri qaytarmaq üçün birlikdə çalışırlar. İki ailə arasında qarşıdurmaya səbəb olmasına baxmayaraq, Keralayn və Tayler daha da yaxınlaşırlar. Cereminin keçmiş qız dostlarının ruhları onu rahat buraxmır və bu onun Boni ilə olan münasibətlərinə təsir edir.
İlk seriya Yelenanın on səkkiz yaşının qeyd edilməsi ilə başlayır. "Kiçik bir hekayə ilə Yelenanın ad gününü qeyd etdik (mövsümü əvvəlki mövsümlə əlaqələndirmək üçün), lakin buna baxmayaraq Mistik Follsda hadisələr kuliminasiya nöqtəsinə çatdırılmır."
İcraçı prodüser Culi Plek "TV Guide"a verdiyi müsahibədə bildirir ki, Stefanın əvvəlki hisslərini qaytarmağa çalışan Yelenada Deymona qarşı hisslər yaranır, o eyni zamanda bildirir ki, hadisələr yolundan çıxana kimi, bir müddət Tayler və Keralayn da xoşbəxt olurlar."
Rollarda
Əsas rollar Nina Dobrev — Yelena Gilbert (22 seriya) və Ketrin Pirs (5 seriya) Pol Uizli — Stefan Salvatore (22 seriya) Yan Somerhalder — Deymon Salvatore (22 seriya) Stiven R. Makkuin — Ceremi Gilbert (14 seriya) Ketrin Grehem — Boni Bennet (17 seriya) Kendis Akkola — Keralayn Forbs (19 seriya) Zak Roerig — Mett Danovan (15 seriya) Maykl Trevino — Tayler Lokvud (15 seriya)/ Klaus (1 seriya) Metyu Davis — Alarik Zoltsman (18 seriya) Cozef Morqan — Klaus Mayklson (18 seriya)
Köməkçi rollar Klayr Holt — Rebeka Mayklson (17 seriya) Syuzan Valters — Karol Lokvud (10 seriya) Torri DeVitto — Meredit Fell (9 seriya) Marqarit Makİntir — Elizabet Forbs (7 seriya) Malis Cou — Anna (6 seriya) Daniel Gilles — Elayca Mayklson (6 seriya) Elis Evans — Ester (6 seriya) Sebastian Roşe — Maykl (5 seriya) Persia Vayt — Ebbi Bennett (5 seriya) Kayla Evell — Viki Donovan (4 seriya) Nataniel Buzoliç — Kol Mayklson (4 seriya) Kaspar Zafer — Finn Mayklson (4 seriya)
Qonaq aktyorlar Kassidi Friman — Seyc (3 seriya) Teylor Kinni — Meyson Lokvud (2 seriya) Jasmin Qay — Şeyla Bennett (1 seriya) Ariel Kebbel — Leksi (1 seriya) Kelli Hyu — Pörl (1 seriya) Loren Kohan — Rouz (1 seriya) Sara Kanninq — Cenna Sommers (1 seriya)
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsalkodu ABŞ izləyiciləri(milyon)
İstehsal 26 aprel 2011-ci ildə The CW Vampirin gündəlikləri teleserialının üçüncü mövsümünün çəkiləcəyini rəsmən elan etdi. 19 may 2011-ci ildə The CW-nin 2011–12-ci il efir cədvəli elan edildikdə, aydın oldu ki, serial cümə axşamı 8:00 pm Şərqi/7:00 pm-də Kevin Vilyamsonun prodüseri olduğu "Sirli Dairə" serialından sonra efirə gedəcək. Kevin Vilyamson, Culi Plek, Lesli Morgenşteyn və Bob Levi üçüncü mövsümün icraçı prodüserləri olmuşlar.
Üçüncü mövsümün premyerası cümə axşamı, 15 sentyabr 2011-ci ildə baş tutmuşdur.
Aktyor seçimi Serialda Nina Dobrev Yelena Gilbert və Ketrin Pirs, Pol Uizli Stefan Salvatore və Saylas, Yan Somerhalder Deymon Salvatore, Stiven R. MakKuin Ceremi Gilbert, Kat Qreham Bonni Bennet, Kendis Akkola Keralayn Forbs, Zak Roeriq Mett Donovan, Maykl Trevino Tayler Lokvud, Mett Devis Alarik Zoltsman və Cozef Morqan Klaus Mayklson rollarını canlandırlmışlar.
"7-ci Cənnət"dən Devid Qalleycer Klausla birgə Tennessiyə qaçan canavar adam Rey Sutton obrazını canlandırmışdır. Avstraliya aktrisası Klayr Holt, Klaus və Elaycanın cazibədar bacısı Rebeka rolunu canlandırmışdır. Sebastian Roşe oğlu Klausu öldürmək istəyən vampir ovçusu vampir Maykl rolunu canlandırır. Sonradan məlum olur ki, Maykl ilk nəsil vampirlərin atası olsa da, Klausun atalığıdır, lakin Maykl Klausu öldürmək istəyəndə, Klaus ondan əvvəl hərəkət edərək Mayklı öldürür. Qəhrəmanlar serialının ulduzu Cek Kolman Mistik Follsun keçmiş sakini və Keralaynın atası Bill obrazını canlandırır. Bill qızının vampire olduğunu öyrəndikdə, onu monster hesab etsə də, sonradan olduğu kimi qəbul edir.
Elis Evans Klausun anası, qədim və güclü cadugər Ester rolunu canlandırır. O, ilk dəfə səkkizinci seriyada, xatirə kimi görünür. Klausun qardaşı Elayca rolunu canlandıran Daniel Gilles bu mövsumda yenidən serial qayııdır. Persia Vayt Boninin anası Ebbi Bennet rolunu canlandırır. 10 noyabr 2011-ci ildə Pol Uizlinin həyat yoldaşı Torri DeVittonun Meredit Fill (romandakı Meredit Sulez obrazı əsasında) rolunu canlandıracağı elan edildi. Həkim olan Meredit insanları sağaltmaq üçün gizlincə vampire qanından istifadə edir, sonra isə Alariklə görüşməyə başlayır. 16 noyabr 2011-ci ildə Robert Riçardın Boni ilə maraqlanan gənc Ceymi rolunu canlandıracağı elan edildi. 22 noyabr 2011-ci ildə Daniel Nyumanın bir seriyada Daniel Uarren rolunu canlandıracağı bildirildi. Avstraliya aktyoru Nataniel Buzoliç Klaus və Elaycanın qardaşı Kol, ingilis aktyoru Kaspar Zafer isə digər qardaç Finn obrazını canlandırıb. 13 yanvar 2012-ci ildə Kassidi Frimanın Seyc rolunu canlandıracağı bildirildi. 31 mart 2012-ci ildə Sara Kanninqin Cena Sommers rolu ilə sonuncu seriyada serial qayıdacağı elan edildi. Həmçinin 9 aprel 2012-ci ildə Ceyson MakDonald və Erin Byutenin Yelenanın valideynləri rolunda mövsümün son seriyasında iştirak edəcəkləri bildirildi. Loren Kohan "Qaranlıq ürək" seriyasında Rouz obrazı ilə serial qayıdaraq, ruh kimi Merini tapmaqda Ceremiyə kömək etdi.
DVR göstəriciləri No. Ad Efir tarixi 18–49 reytinq (Live + SD) İzləyici(milyon) artımı Ümumi 18–49 artım Ümumi izləyicilər(milyon) İst.1 "Doğum günü" 1.5 TBA TBA TBA 2 "Hibrid" 1.2 1.00 1.7 3.52 3 "Qorxuların sonu" 1.3 1.05 1.8 3.79 4 "Həyəcanlı davranış" 1.2 1.05 1.7 3.68 5 "Hesablaşma" 1.4 TBA TBA TBA 6 "Gənc ruh qoxusu" 1.3 TBA TBA TBA 7 "Ruhların dünyası" 1.5 1.31 2.1 4.59 8 "Adi insanlar" 1.6 1.12 2.2 4.639 "Evə qayıdış" 1.4 TBA TBA TBA 10 "Yeni istiqamət" 1.5 0.88 1.9 4.20 11 "Bizim şəhər" 1.2 1.43 1.8 4.29 12 "Əlaqələndirən bağlar" 1.2 1.13 1.7 3.84 13 "Ölülərin dirildilməsi" 1.2 1.37 1.8 4.11 14 "Təhlükəli əlaqələr" 1.3 1.17 1.8 4.25 15 "Bütün övladlarım" 1.4 1.04 1.9 3.9416 "1912" 1.2 1.32 1.8 3.96 17 "Qırılan" 1.3 1.03 1.8 3.72 18 "Bir nəfərin qatili" 1.2 1.02 1.7 3.46 19 "Qaranlıq ürək" 1.0 1.32 1.6 3.53 20 "Sakit getmə" 1.1 1.01 1.6 3.23 21 "Qürubdan əvvəl" 1.1 0.88 1.7 3.4222 "Ayrılmış" 1.2 0.98 1.8 3.51
Ev üçün buraxılış <span style="color:white;"> Vampirin gündəlikləri — Tam Üçüncü Mövsüm Dəst detalları Əlavələr 22 Seriya 5 DVD disk və ya 4 Blu-ray disk dəsti DVD: İngiliscə (Dolby Digital 5.1) Blu-ray: İngiliscə (DTS-HD Master Audio 5.1) Audio şərhlər Vampirin gündəlikləri: Stefanın qaranlığa qərq olması (Qısametrajlı film) ilk nəsil vampirlər: Başlanğıv (Qısa metrajlı film) İkinci dişlək: Bluperlər
Blu-ray Disk versiyası üçün eksklüziv əlavələr: Prodüserlərin səhnələri (Yazarların qeydləri, Prodüserlərin müzakirələri, Film musiqiləri və Narahatlıqlar) Sevilən səhnələr — Mövsümün ən həyəcanlı səhnələri Mövsümə daxil olan bütün seriyaların dijital nüsxələri Çıxış tarixləri Region 1 Region 2 Region 4 11 sentyabr, 2012 20 avqust, 2012 3 oktyabr, 2012
İstinadlar
Həmçinin bax Vampirin gündəlikləri
Kateqoriya:Vampirin gündəlikləri Kateqoriya:2012-ci il ABŞ televiziya mövsümü