Məsləmə ibn Əbdülməlik ibn Mərvan (; ) — Xəlifə Əbdülməlik ibn Mərvanın oğlu, 716-718-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri.
Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738-ci ilin dekabrında ayında vəfat edib.
Atasının son hakimiyyət ili olan 705-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir.Rotter, G. (1991). "Maslama b. 'Abd Al-Malik b. Marwan". The Encyclopedia of Islam, New Edition, Volume VI: Mahk–Mid. Leiden and New York: BRILL
Qafqazda vali vəzifəsində 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı.
Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir. Bu Xəzər-ərəb müharibələrinin başlamasına gətirir.
714-ci ildə ərəblər Dərbəndi tuturlar.
İstinadlar
Kateqoriya:738-ci ildə vəfat edənlər Kateqoriya:Əməvilər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri