Emil Babayev () — Rejissor

Həyatı Babayev Emil İlqar oğlu 1 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1994–1998-ci illərdə Q. Hüseynli adına musiqi texnikumunu oxuyub. 1999-cu ildə isə Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinə daxil olub. 2003-cü ildə isə oranı bitirib.2002-ci ildən 2006-cı ilədək Lider TV(Azərbaycan redaksiyasi-Rejissor), 2006–2009 ilədək Azərbaycan televiziyasında (AzTV) Müəllif proqramları və xüsusi layihələr departamentində-Rejissor,2009–2011 ilədək ANS tv də Baş rejissor,2011–2012 illər arasında İnteraz tvdə Baş rejissor kimi fəaliyyət göstərib.2012 −2016-cı illərdə Azad Azərbaycan (ATV) televiziyasının "Bətənim" yaradıcılıq birliyinin rəhbəri kimi fəaliyyət göstərib.2016–2018-ci illərdə SOY prodakşında quruluşçu rejissor olaraq calışıb.2019-cu ildən 2024-cü ilə qədər Azərbaycan televiziyasında Qrup rəhbəri və quruluşçu rejissor olaraq bir cox layihələr edib. Evlidir iki övladı var.

Filmoqrafiya

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan kinorejissorları