"Veys və Ramin" () — parflar dövrünə aid olduğu güman edilən qədim İran poeması. Nəsrlə pəhləvi dilində yazılmış poema XI əsr fars şairi Fəxrəddin Əsəd Gurgani tərəfindən fars dilində nəzmə çəkilmişdir.
Əsərdə təsvir olunmuş hadisələrin kökü İslamdan əvvəlki İrana gedib çıxır. Hər nə qədər Gurgani hekayəni Sasanilər dövrü ilə bağlamağa çalışsa da, aparılan tədqiqatlar "Veys və Ramin" dastanının parflar dövründə, ehtimal ki, b.e. I əsrində yarandığını iddia etməyə əsas vermişdir. Şübhəsiz ki, əsərdə təsvir olunmuş hadisələr Gurganinin özünün yaşadığı dövrdən xeyli əvvəlki tarixin adətlərini əks etdirir.Dick Davis (January 6, 2005), "Vis o Rāmin", in: İranika Ensiklopediyası Online Edition. Accessed on 01 iyun 2014.
Məzmunu
250px|thumbnail|right|"İki aşiq" miniatürü, rəssam Rza Abbasi, 1629-1630, Səfəvilər imperiyası, Metropoliten muzeyi Poema Qərbi İranda (Cənubi Azərbaycan) Mah (Midiya) sülaləsindən olan Şəhru və Karenin qızı Vis və Şərqi İranda Mərv hökmdarı olan Mobedan Monikanın qardaşı Ramin haqqındadır. Monikan Şəhrunu hökmdar məclisində görür, onun gözəlliyinə heyran olur və onunla evlənməyi xahiş edir. Şəhru artıq evli olduğunu bildirsə də, gələcəkdə qızı doğulsa onu Monikana ərə verməyi vəd edir.
Şəhrunun qızı doğulur və onu Veys adlandırırlar. Uşağı böyüdülməsi və tərbiyə olunması üçün Xuzana göndərirlər və elə olur ki, eyni dayə həm də Veyslə həmyaşıd olan Ramini tərbiyə edir. Onlar birlikdə böyüyürlər. Veys yetginlik yaşına çatdıqda anasının yanına qayıdır və anası onu qardaşı Viru ilə evləndirir. Lakin, Beysin menstruasiya dövrünə təsdüf etdiyindən nikah tamamlanmamış qalır, çünki, zərdüşti qanunlarına görə, həmin dövrdə qadınlar toxunulmaz olurdu. Mobid Monikan toy mərasimi haqqında eşidir və qardaşı Zardı göndərərək Şəhruya vaxtilə Veysi ona ərə verəcəyi haqqında danışıqlarını xatırladır. Veys Monikanın təklifini rədd edir və getmək istəmir. Səbri tükənən Monikan Mahabada qarşı ordu yığmağa başlayır. Visin atası Karen yaranmış qarşıdurmada öldürülür, Monikan isə Viru tərəfindən yaralanır. Daha sonra Monikan ordusunu Veysin döyüşün başa çatmasını gözlədiyi Quraba gətirir. O, elçilərini Veysin yanına göndərərək müxtəlif cazibədar təkliflər qarşılığında ona ərə gəlməsini xahiş edir. Veys məğrurluqla Monikanın bütün təkliflərini rədd edir. Monikan qardaşları Zard və Ramindən məsləhət istəyir. Veysə aşiq olan Ramin Monikanı evlənmək fikrindən daşındırmağa çalışır. Lakin, digər qardaşı Zard Monikana məsləhət görür ki, Veysi əldə etmək üçün əvvəlcə onun anası Şəhrunu hədiyyələrlə ələ almaq lazımdır. Monikan Şəhruya pul və zinət əşyaları göndərərək onu qalaya buraxmasına nail olur. Daha sonra, Virunu incitmək üçün Veysi uzağa göndərir.
Mərvə geri qayıdarkən Ramin yolda Veyslə qarşılaşır, eşqin təsirindən huşunu itirərək atdan yerə yıxılır. Monikanın hərəminə yerləşdirilən Veysə çoxlu hədiyyələr verilir. Veysin dayəsi də Mərvə kimi onu müşayiət edir və razı salmağa çalışır ki, Virunu unudub Monikanı qəbul etsin. Əvvəlcə Veys taleyin onun üçün təyin etdiyi həyatla razılaşa bilməsə də, sonradan hərəm həyatına uyğunlaşır.
Hələ də atasının və qaçırılmasının yasını saxlayan Veys bir il ərzində Monikana təslim olmur. Dayəsi Veys üçün, onu ay ərzində halsız göstərən talisman hazırlayır. Cadu yalnız talismanın sındırılması ilə aradan qaldırıla bilərdi və beləcə Monikan heç vaxt Veysə yaxınlaşa bilmir. Bu arada uzun müddət Veyslə əlaqə qurmağa çalışan Ramin, nəhayət ki, onunla görüşür və Monikanın müharibədə olduğu müddətdə onlar bir-birlərinə olan hisslərini aydınlaşdırırlar.
Monikan müharibədən qayıdıb Veys və onun dayəsi ilə danışdıqdan sonra aydınlaşdırır ki, Veys onun qardaşı Ramini sevir. Monikan tələb edir ki, Veys oddan keçərək təmizliyini sübut etsin. Lakin, Veys Raminlə birgə qaçır. Monikanın anası Ramin və hökmdar arasında sülh yarada bilir və onlar Mərvə qayıdırlar. Romalılara qarşı olan yürüşdə Monikan Ramini də özü ilə götürür, lakin, Ramin xəstələnərək onlardan geri qalır. Ramin geriyə, Monikan tərəfindən qalada həbs edilən və digər qardaş Zard tərəfindən qorunan Veysin yanına qayıdır. Ramin divarı atlayaraq Veysin yanına keçə bilir və Monikanın müharibədən qayıdıb onları bir otaqda tutmasına kimi vaxtını Veyslə əylənərək keçirir.
Ramin düşünür ki, onun Veyslə olan sevgisinin gələcəyi yoxdur və buna görə də, Monikandan xahiş edir ki, onu missiya ardına Maaha göndərsin. Orada Ramin Gül adlı bir qızla tanış olur və evlənir. Veys bu haqqda öyrənir və dayəsini Raminin yanına göndərir ki, onların sevgisini xatırlatsın. Ramin ona sərt cavab verir. Veys ona xəbər göndərərək qayıtmasını xahiş edir. Bu müddət ərzində Ramin evlilik həyatından bezir və geri qayıtmaq xahişi ilə Veysdən ikinci xəbəri alır. Lakin, qarlı gündə at belində Raminin Mərvə çatmasından sonra Veys qalanın başına çıxaraq onun sevgisini rədd edir. Naəlac olan Ramin oranı tərk edir. Tutduğu hərəkətdən peşman olan Veys Raminin arxasınca dayəsini göndərərək qayıtmağı xahiş edir. Onlar barışırlar.
Monikan Ramini özü ilə birgə ova aparır, bu arada Veys dayəsi və bir neçə qızla birlikdə yaxınlıqda yerləşən atəşgaha ziyarətə gəlirlər. Ramin ovu tərk edərək qadın libasları geyinir ki, qadınlarla birgə atəşgaha daxil ola bilsin, daha sonra isə Veyslə birgə qaçır. Onlar geriyə, qalaya qayıdırlar, Raminin dostunun köməyi ilə qardaşı Zardı və keşikçiləri öldürürlər. Daha sonra onlar Xəzər sahilində yerləşən Deyləmə qaçırlar. Monikan ov zamanı qaban tərəfindən öldürülür. Veys və Ramin Mərvə qayıdırlar, Ramin hökmdar kimi taxta oturur və Veyslə evlənir. Ramin 83 il ömür sürür. Hakimiyyətinin səksən birinci ilində Veys ölür və Ramin böyük oğlunun xeyrinə hakimiyyətdən əl çəkərək Veysin türbəsinə gedir, ömrünün yerdə qalan iki ilini onun türbəsində xidmətlə keçirir.
Tarixi 200px|thumbnail|left|Poemanın gürcü dilində əlyazmasının miniatürlü səhifəsi, 1729, Milli Əlyazmalar Mərkəzi, Tbilisi. F. Gurgani “Veys və Ramin” poemasını 1104-1105-ci ildə (h.446) yazmışdır. Əsərin mövzusu İslam dinindən qabaq, parflar dövründə İran feodal-zadəgan hakim dairələrinin əxlaq və həyat tərzinə aiddir. Aşiqanə mövzuda yazılmış “Veys və Ramin” poeması pəhləvi dilində olan eyni adlı bir nəsr əsərinin tərcüməsindən nəzmə çəkilmişdir. Lakin, əsərin pəhləvi dilindən F. Gürgani yaxud başqası tərəfindən tərcümə olunması aydın deyildir.Beqdeli, 42
Məsnəvinin vəzni həzəci-müsəddəsi-məqsur (məxzuf) bəhrindədir (məfailün, məfailün, fəülun). Əsərin həcmi doqquz min beytə yaxındır. Əsərdə iştirak edən əsas surətlər isə Veysin anası Şəhru, atası şahın qardaşı və Veysin ilk nişanlısı Viru Zərdüşt dininə görə birinci dərəcəli qohumla evlənmək olar: qardaş bacı ilə, ata öz qızı ilə evlənə bilərdi. Lakin, müasir zərdüştilərdə bu adət yoxdur və onlar qədimdə dı belə bir adətin olmasını inkar edirlər., dayəsi, sonrakı əri Mobid və onun qardaşı Zarddır.
Əsərin ideya və məzmunu barəsində müxtəlif fikirlər vardır. Onu dəyərsiz bir əsər sayıb, tamamilə rədd edənlər və mənfi cəhətləri ilə yanaşı bəzi müsbət cəhətlərini qeyd edənlər də vardır.
Müasir İran alimi Əli Əkbər Şəhabi tarixən qədim, həcm etibarilə böyük olan bu əsərə tamamilə mənfi münasibət bəsləmiş, onu rədd etmişdir. Tədqiqatçının fikrincə, bu poemada eşqin ancaq ehtiraslı tərəfi təsvir və tərənnüm edilir. Əsərdə yüksək amaldan, mənəviyyatdan, aşiq ilə məşuqə arasındakı nəcib, həqiqi, insani əlaqədən, bəşər həyatının zinəti olan ismət və əxlaqdan bir nişanə də yoxdur.Əli Əkbər Şəhabi. Dastan yazan şair Nizami., Tehran, 1337, şəmsi, s.203
XIV əsrin görkəmli satirik şairi və dövlət xadimi Übeyd Zagani orta əsrlərdə bu poemaya olan mənfi münasibəti ifadə edərək: “"Veys və Ramin” hekayəsini oxuyan bir qadından...əxlaq və ismət...gözləməyin”, - deyə əsərin oxunamamsını məsləhət görməmidir. Müasir İran alimi Fruzanfər yazır: “Bu poemanın şirin və ürəyəyatan olmasına baxmayaraq, şərəf və namusla uyğun olmadığına görə, heç də din və əxlaq normaları ilə düz gəlmir.” Bədiüzzəman Foruzanfər. “Söz və şairlər., 2- ci cild, s. 13-14 Sadıq Hidayət əsəri tamamilə ehtiras və əyləncə təsviri, əyyaşlıq və kef macərası adlandırır.Sadiq Hidayət, "Yeni xəbər" 1-ci il, 9-cu say,səh. 15
Bununla bərabər, İslam mühitindən kənar dairələrdə əsər öz əhəmiyyətini itirməmişdir.Beqdeli, 44 Poema, hələ XII əsrin axırlarında yaşayan gürcü şairi Sarkis Tomaçveli tərəfindən gürcü dilinə nəsrlə tərcümə olunub, “Visramiyani” adı ilə mənsur bir roman kimi yayılmışdır. Hətta XII əsrdə yaşayan gürcü şairlərindən Çaxuruxadze özünün “Tamaryani” əsərində, məşhur “Pələng dərisi geymiş pəhləvan” adlı əsərin müəllifi Şota Rustaveli öz əsərinin bir neçə misrasında “Veys və Ramin” poemasının qəhrəmanlarının adlarını çəkmişlər.Ş.Rustaveli-Pələng dərisi geymiş pəhləvan, Bakı, 1937, səh. 37, 260Иранская филология, 1964, səh. 105 Orta əsrlərdə Gürcüstanda əsər geniş yayılmış, sonra da dəfələrlə çap edilmiş və nahəyət 1960-cı ildə gürcü dilindən rus dilinə tərcümə olunmuşdur.Висрамиани (Вис и Рамин), Роман, перевод с древнегрузинского С. Иорданашвили, Тбилиси, 1960
Gurgani məsnəvi janrının həzəc bəhrində mənzum eşq dastanı yazan müəlliflər içərisində ilk şairlərdən biridir. O, Firdovsinin, onun sələf və xələflərinin yazdığı hərbə və rəcəzxanlığa uyğun gələn mütəqarib bəhrini kənara qoyub, ürək oxşayan, könülə yatan əyləncəyə, musiqiyə daha uyğun gələn həzəc bəhrində aşiqanə mənzum dastan yaratmışdır.Beqdeli, 45
Tədqiqi 200px|thumbnail|left|Poemanın gürcü dilində əlyazmasının miniatürlü səhifəsi, 1729, Milli Əlyazmalar Mərkəzi, Tbilisi. “Veys və Ramin” məsnəvisi XIX əsrin II yarısından sonra tədqiqatçıların diqqətini çəkməyə başlamışdır. K. Qraf 1869-cu ildə “Veys və Ramin” poemasının qısa məzmunu və nisbətən geniş təhlilini verərək, əsərin o vaxta qədər əldə olunan əlyazmaları haqqında məlumat vermişdi.K.N.Graf-Wis und Ramin (ZDMG, Bd 23, 1869, səh. 375-733 Bir qədər sonra H. Ete bu əsər haqqında fikir söyləyir. O, 1872-ci ildə ilk dəfə olaraq XII-XIII əsrlərdə Qərbi Avropada yayılmış “Tristan və İzolda” romanını Gurganinin “Veys və Ramin” əsərinə bənzətmiş, bu əsərin süjetinin tarixən Şərqdən Qərbə keçməsi haqqında fikir söyləmişdir.R. Zenker – Di Tristane und das Persische Epos von Wis und Ramin, Romanische Forschungen, Bd.29, 1910, səh. 321-369
R. R. Ştakelberq 1896-cı ildə nəşr etdirdiyi «О древностях восточных» adlı əsərində ““Veys və Ramin” məsnəvisi barəsində bir neçə söz” başlığı altında həmin poemada hələ islamdan çox qabaq qədim İran adət və ənənələri haqqında bir çox məlumat olmasından danışmışdır.О древностях восточных, т. II, вып. 1, М., 1896, səh. 10-23 R. R. Ştakelberqə görə fars ədəbiyyatında “Şahnamə”dən başqa digər epik şeirlər də vardır ki, onlar ya bilavasitə Firdovsinin əsərini tamamlayır yaxud da “Şahnamə”də toxunulmayan hadisə və qəhrəmanlardan bəhs edir. Həmin epik əsərlərdən biri də “Veys və Ramin” romanıdır ki, onu Fəxrəddin Gurgani pəhləvi dilindən tərcümə etmişdir. R. R. Ştakelberq qeyd edir ki, “Veys və Ramin” poemasında “Şahnamə”dəki baxışlar və təfəkkür tərzi özünü aydın göstərir. Çünki, həmin əsərdə farsların daxili və xarici həyatının mənzərəsi əks olunur. Əsəri oxuyarkən, oxucu öz qarşısında sanki, Sasani dövrünün əxlaq və adətlərinin təsvirini görür. Bütün bunlarla bərabər, “Veys və Ramin” əsərində İslamın təsiri də öz əksini tapır. Poemada işlədilən ərəb sözləri “Şahnamə”dəkindən daha çoxdu. İslam mifologiyasından bir sıra adlar da əsərə daxil edilmişdir.
XX əsr Danimarka şərqşünası A. Kristensen R. R. Ştakelberqin əksinə çıxış edərək, 1936-cı ildə nəşr etdirdiyi “Qədim İran ənənələrində şahların rolu” adlı əsərində “Veys və Ramin” poemasının məzmunu, tarixi və ictimai hədəfi etibarilə müəyyən bir dövrün, quruluşun, yaxud mövcud bir cəmiyyətin həyatı ilə əlaqədar bir əsər olduğunu inkar edib, poemanı fantastik və uydurma bir əsər adlandırmışdır. Əsərin qədim iran adət və ənənələri ilə bağlılığını tamamilə inkar etmişdir.A. Christensen – Les Gestes des rols dans les tradition de L’Iran antique, Paris, Librairie Orientaliste Paul Geuthner, 1936