Fateh ibn Xaqan və ya Əbu Məhəmməd Fateh ibn Xaqan ibn Əhməd ibn Ortac ət-Türki (; ) — xəzər nəslindən gəlmiş şair.
Mənşəyi Türk (xəzər) xaqanlarının nəslindəndir və xəlifə Mötəsimin yaxın adamlarından biri olan Xaqan ibn Ortacın (Əhməd) oğludur. İbn Tağrıbərdi Fatehin atası barədə aşağıdakı məlumatı verir:
Həyatı Guman ki Fateh Səmərrada doğulub. Hesab olunur ki, onun bütün uşaqlığı, onda hərtərəfli bacarıqlar görən xəlifənin himayəsi altında keçib. Əl-İsfahaninin sözlərinə görə, xəlifə onun atasının razılığı ilə hətta onu "oğulluğa götürüb". Xəlifələr Mötəsim və Mütəvəkkilin vaxtında Fateh ibn Xaqan xəlifənin daxili və xarici kəşfiyatına başçılıq edib.
Mənbələrə görə, böyük ağıl və bilik sahibi olan Fateh cəsur, xeyirxah idi. O nəinki dövlət adamı kimi həm də istedadlı şair, yazıçı, xətib və kitabsevər kimi özünü birüzə verib.
Fəaliyyəti Buna görə onun evi, dövrün məşhur alimlərinin və şairlərinin görüşdüyü mədəni salon kimi idi ki, burada islam və islamdan əvvəlki dövrlərin ədəbiyyat xəzinəsi yığılmışdır.
Bu səbəbdən onun bu kitabxanası bir çox müsəlman alimləri üçün yaxşı xidmət göstərib.
O dövrün bir çox alimləri (Cahiz, Əbu Cəfər Məhəmməd ibn Həbib, əl-Buhturi, Məhəmməd ibn Harik və b.) öz əsərlərini Fateh ibn Xaqana həsr edərək yazırdılar. Məsələn Cahiz öz məşhur "Fəzailül-Ətrak"(Türklərin fəzilətləri) əsərini onun üçün yazıb. Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarlarıFrye, Sayılı, s.206; Şəmsəddin Günaltay. Abbas oğulları imparatorluğunun kuruluş və yüksəlişində Türklərin rolü.-"Belleten". Vol.6. Ankara, 1942, s.178–179 bu prosesin sübutu kimi Cahizin Fateh ibn Xaqan üçün yazdığı həmin bu "Risalə fi mənaqib əl-ətrak və əmmat cünud əl-xilafə" adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər. Xəlifələrin dövründəki türk qvardiyası artıq IX əsrdə, məsələn İraqda dolaşan ərəb xalq poeziyasında əks olunan çılğınlığı ilə o qədər də xoşagələn ad qazanmamışdı. Cahiz türklərin bu obrazını və onlara qarşı bu münasibəti yumşaltmaq istəyirdi, onlara layiqli yer və, ola bilsin, F. Qabriyeliinin ehtimalı etdiyi kimi, onları xilafətdə ərəblərlə farsların arasında "üçüncü qüvvə" etmək istəyirdi. Cahiz öz məqsədini "Təlif əl-qülub və ittifaq əl-əsbab" (Ürəkləri barışdırmaq və əlaqələri bərkitmək) kimi təsvir edir. Öz traktatının bir yerində o türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981. Birinci bölmə K. E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22
Fateh özü də, bir şair olaraq, öz həmkarlarına kömək edirdi. Belə ki, onun töfsiyəsi ilə, sonralar ərəb-müsəlman aləminin ən məşhur şairi olan əl-Buhturi xəlifə Mütəvəkkilin sarayına düşdü. Fatehi öz qardaşı kimi sevən əl-Buhturi, ona özünün 30 parlaq qəsidəsini həsr etmişdi.
Fatehin sonu faciəli oldu. O, 10 dekabr 861-ci ildə saray çevrilişi nəticəsində xəlifə Mütəvəkkillə birgə öldürülmüşdür. O xəlifəni bədəni ilə örtərək xəlifənin oğlu Müstənsirin başçılıq etdiyi sui-qəsdçilərin ilk zərbəsini öz üzərinə götürdü.
İbn Tağrıberdi bildirir ki, Mütəvəkkillə Fətehin cəsədlərini müsəlman adəti olmadan tələsik sui-qəsdçilər tərəfindən eyni xalçaya bükülüb bir məzarda basdırıldılar.
Ədəbi irsi Fatehin əsərlərinin yalnız adları məlumdur:
Kitab Əhlaq əl-Müluk. Kitabüs-Sayd vəl-Cəvahir. Kitabür-Rövzə vəz-Zöhr. Divanuş-Şiir. Kitabül-Bustan.
Məsudi bildirir ki, "Kitabür-Rövzə vəz -Zöhr" Fatehin öz şeirlərindən ibarət idi, "Kitabül-Büstan" isə onun ədəbiyyat nəzəriyəsi barədə əsəri idi.
Həmçinin bax Buğa əl-Kəbir İshaq ibn Kundac əl-Xəzəri İtax Əbdülhəmid İbnü ət-Türki əl-Gili Übeydullah ibn Yəhya ibn Xaqan
Mənbə Fateh ibn Xaqan Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.
Qeydlər
Kateqoriya:Xəzərlər Kateqoriya:IX əsr şairləri Kateqoriya:Qətl qurbanları