thumb
Kirs (; hal-hazırkı adı: Kitsk ) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd.
1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 36 km şimal-qərbdə Kurud çayının (Qəhhar çayıMusa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005. : «Düzəliş-Əlavə» hissəsi) yuxarı axarında, Kurud kəndindən 3 km şimalda, Kirsdağın ətəyində yerləşir.
Ümumi məlumat 1905-1906-cı illərdə erməni hücumuna məruz qalan kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirislilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər.
1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirildi.
Kənddəki qədim dövrə aid olan qəbiristanlıq , qazıntı zamanı tapılmış 3ədəd daş qoç və çoxlu zinyət əşyaları kəndin qədimliyini göstərir.
Əhalisi Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər, 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır.İbrahim Bayramov: «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.
1988-ci ilin noyabr ayında bölgənin digər azərbaycanlı sakinləri kimi kirslilər də Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur.
Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Kirs kəndində yaşayış yoxdur, kənd tərk edilib.Ermənistan Respublikası Milli Statistika Xidməti: 2001-ci il Ermənistan siyahıyaalınmasının yekunlarına dair hesabat
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı 1886-ci il 1897-ci il 1922-ci il 1926-cı il 1931-ci il 2001-ci il Kirs 130 56 78 77 104 0
Adı Toponim türk dilində «çöl», «sərhəd», «yayla», «dağ» mənasında işlənən kır (-kir) sözündən əmələ gəlmişdir. Toponimin sonundakı «s» topoformantdır. Kəndin adı ilə onun yerləşdiyi relyef uyğundur. Belə ki, kənd dağ ətəyində, çəmənlik yerdə yerləşir. Relyeflə bağlı yaranan sadə quruluşlu toponimdir.
Kəndin adının «qar uçqunu» yaradan «kirs» sözü ilə əlaqəli olması da ehtimallardan biridir.Vilayət Əliyev: «Zəngəzurda qalan izimiz», Bakı, "Prezident Kitabxanası", 2004
Kəndin toponimləri Çəmənyurd Tatar yurdu Kürd yurdu Əyridağ Soğanlıq Ağgədik Göygədik Çiçəkliqaya Molla qayası Azman dərəsi Qaramalıq və s.
Xarici keçidlər Wikimapia.org: Kirs (Kirskənd) Görkəmli şəxsiyyətləri Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939–16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi.
İstinadlar
Kateqoriya:Qafan rayonunun kəndləri