Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. thumb|Məşhur Bakı qoçularından Qoçu Nəcəfqulu Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi."

Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir.

Mənşəyi "Qoçu" sözünün "qoç" sözündən gəldiyi düşünülür. Türk xalq mədəniyyətində qoç güc, bərəkət və liderlik simvoludur. Oğuz damğaları arasında qoç buynuzunun olması da bu simvolun əhəmiyyətini göstərir. Tarixi xalq qəhrəmanlarının adına sifət olaraq qoçun əlavə edilməsi də qeyd edilməlidir. Məs., Qoç Koroğlu, qoç igidlər. XIX əsrin II yarısında neft-qaz sənayesinin inkişafı, Bakıya kapital axınının artması nəticəsində böyük bir təhlükəsizlik problemi yaranmışdır. Bu dövrdə formalaşan və təhlükəsizlik məsələsi ilə məşğul olan zümrə xalqın kollektiv yaddaşındakı qoç simvolu ilə birləşərək qoçu titulunu almışdır. Bu, epik igidlik ənənəsinin müasir şəhər xaousu içində yenidən formalaşmasıdır.

Digər bir versiyaya görə, qoçuluğunu mənşəyi Səfəvi dövlətindəki qorçu təşkilatından gəlir. Qorçular Səfəvi ordusunda yüksək yer tuturdu, bu rütbə ilə bağlı ən qədim məlumat 1505-ci ilə aiddir. XIX əsr Bakısındakı qoçuluq hərəkatı Səfəvi dövründəki hərbi müdafiə mədəniyyətinin şəhər mühitində mülki müdafiə və nüfuz bölməsinə çevrilmiş forması olaraq izah edilə bilər. Şahın mühafizəçiliyinin məhəllə və neft sənayesi varlılarının mühafizəçiliyinə çevrildiyi bu dövr həm də kriminal aləmin iyerarxiyasında əsgər intizamının da mənşəyini izah edir.

Mart soyqırımı və Bakı qoçuları 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda "Bakı və bakılılar" kitabında müəllif yazır ki: "1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər".Qılman İlkin. "Bakı və bakılılar" (dördüncü nəşr), Kitab Klubu, 2015, 440 səh

Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş. Həmin dövrdə ayrı-ayrı dəstələrə parçalanan Bakı qoçuları milyonçularla və ziyalılarla birləşərək xalqın köməyindən istifadə etməklə şəhəri ermənilərin hücumundan qoruyublar. Hadisələrin idarə olunduğu mərkəz isə "İsmailiyyə"nin binasında olub.

Həmin dövrü tədqiq edən tarixçilərin yazdıqlarına görə, şəhəri əhatəyə alan Qafqaz İslam Ordusuna ən dəqiq məlumatları məhz qoçular verirdilər. Professor Musa Qasımlı buna sübut kimi o vaxt şəhərdə olan ingilis generalı Denstervilin xatirələrinə istinad edərək deyir ki, şəhəri işğaldan azad edən topçular məhz qoçuların verdiyi məlumat əsasında dəqiqliklə atəş açırdı, memarlıq abidələrinə və yaşayış evlərinə heç bir zərər gəlmirdi.

Kürdəxanılı qoçu Məşədi Adil də 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdu. Qoçular Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andranik və Amazaspın qoşunlarına qarşı döyüşmüşdülər. Təsadüfi deyil ki, ermənilər Bakıda genişmiqyaslı qətliam törətsələr də qoçuların müqavimətinə rast gəldiklərinə görə kəndlərə girə bilməmişdilər.Ermənilərin qənimi-Bakı qoçuları

İstinadlar

Həmçinin bax Qoçu Nəcəfqulu

Ədəbiyyat Bayat, F. (2026). ŞEHRİN GAYRİRESMÎ HAMİLERİ: KOÇU VE KABADAYI FİGÜRLERİNİN TARİHSEL VE MİTİK DÖNÜŞÜMÜ. Folklor Akademi Dergisi, 9(3), 201–216. https://doi.org/10.55666/folklor.1923459

Xarici keçidlər Bakı qoçuları SƏFƏVİ QORÇULARI – BAKI QOÇULARI Ermənilərin qənimi olan Bakı qoçuları — ARAŞDIRMA

Kateqoriya:XX əsrdə Bakı

Kateqoriya:Zorakılıq