Vinnitsa vilayəti— (danışıq dilində Vinnitçina) — Ukraynanın mərkəzində yerləşən vilayətdir.
İnzibati mərkəzi və ən böyük şəhəri Vinnitsadır. Digər iri şəhərləri isə Jmerinka, Mogilyov-Podolski, Xmilnık, Qaysın, Ladıjin, Kazatin və Kalinovkadır. Coğrafiyası Vinnitsa vilayəti Ukraynanın Sağsahil Ukraynasında, Podolyanın şərq hissəsində yerləşir.
Vilayət şimalda Jitomir vilayəti, şərqdə Kiyev, Çerkası və Kirovoqrad vilayətləri, qərbdə Xmelnitski və Çernovtsı vilayətləri, cənubda isə Odessa vilayəti və Moldova ilə həmsərhəddir.
İqlimi İqlimi mülayim kontinentaldır. Qışı mülayim və nisbətən yumşaq keçir. Ən soyuq ayın (yanvarın) orta temperaturu −4 °C ilə −6 °C arasında dəyişir (məsələn, Vinnitsa şəhərində −5,7 °C-dir). Yayı isti və günəşli keçir. Ən isti ayın (iyulun) orta temperaturu təxminən 18 °C-dir. İllik yağıntının miqdarı 500–550 mm təşkil edir və onun əsas hissəsi yay aylarında düşür (isti dövrdə 375–400 mm). İldə günəşli saatların sayı 1850 saata qədər çatır. Bitkilərin vegetasiya dövrü (orta sutkalıq temperaturun 10 °C-dən yuxarı olduğu müddət) təxminən 180–200 gün davam edir. Şəhərləri Vinnitsa Bar Berşad Qaysin Hnivan Jmerinka İlintsı Kozyatin Kalinovka Ladıjin Lipovets Mogilyov-Podolski Nemirov Poqrebişe Tulçin Xmilnık Şarqorod Yampil
Milli tərkibi Əhalinin siyahıyaalınmasına əsasən Vinnitsa vilayətinin əhalisinin milli tərkibi:
Milliyət1939Всесоюзний перепис населення 1939 року. Основні підсумки , сторінки 68—7019591970Підсумки Всесоюзного перепису населення 1970 року. Том IV — Національний склад населення СРСР , сторінки 152—1911979ВСЕСОЮЗНИЙ ПЕРЕПИС НАСЕЛЕННЯ 1979 РОКУ, сторінки 102—108ПІДСУМКИ ВСЕСОЮЗНОГО ПЕРЕПИСУ НАСЕЛЕННЯ 1979 РОКУ. Том IV. Частина 1. Книга 2 , сторінки 3—921989Перепис 1989 19A050501_021. Розподіл населення за національністю та рідною мовою (0,1)2001Faizin dəyişməsi1939—1989Faizin dəyişməsi1989—2001nəfərfaiznəfərfaiznəfərfaiznəfərfaiznəfərfaiznəfərfaizUkraynalılar86,07 %91,80 %91,98 %91,84 %91,52 %94,91 %+ 5,45 %+ 3,39 %Ruslar4,52 %4,37 %4,82 %5,36 %5,86 %3,83 %+ 1,34 %- 2,03 %Polyaklar2,37 %0,97 %0,63 %0,53 %0,44 %0,21 %- 1,93 %- 0,23 %Yevreylər6,05 %2,34 %1,98 %1,66 %1,36 %0,17 %- 4,69 %- 1,19 %Beloruslar0,99 %0,22 %0,23 %0,24 %0,27 %0,18 %—- 0,09 %Digərmillətlər0,30 %0,36 %0,37 %0,55 %0,59 %—+ 0,04 %Milliyətiqeyd olunub100,00 %100,00 %100,00 %100,00 %100,00 %99,89 %- 0,00 %- 0,11 %Milliyətiqeyd olunmayıb————————0,00 %0,11 %+ 0,00 %+ 0,11 %Cəm100,00 %100,00 %100,00 %100,00 %100,00 %100,00 %——
2001-ci il əhali siyahıyaalınmasına əsasən, Vinnitsa bölgəsinin kənd əhalisinin 97,99%-ni ukraynalılar, şəhər əhalisinin isə 91,27%-ni ruslar təşkil edirdi.
İstinadlar
Ədəbiyyat Жизнь в оккупации. Винницкая область. 1941—1944 гг.: Сборник документов / Сост. В. Ю. Васильев, Р. Ю. Подкур, С. Д. Гальчик, Д. Байрау, А. Вайнер. — : РОССПЭН, 2010. — 856 с.
Kateqoriya:Ukrayna vilayətləri Kateqoriya:Vinnitsa vilayəti Kateqoriya:1932-ci ildə yaranmış dövlətlər və ərazilər