Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; ) — azərbaycanlı meyxanaçı.

Həyatı

Erkən illəri Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub.

Populyarlıq qazanması Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb.

Şəxsi həyatı 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.

2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Qəzada Rəşad Dağlının qolu sınıb, Pərviz Bülbülə isə ayaq nahiyəsindən zədələnib.

Həbsi 9 noyabr 2022-ci il tarixində Bakının Qaradağ rayonunda İskəndər Mehtiyev adlı şəxslə mübahisə nəticəsində həmən şəxsi biri ürək nahiyəsindən olmaqla 14 dəfə bıçaq zərbəsi ilə qətlə yetirmişdir. İskəndərin öldüyünü gördükdən sonra meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. Rəşad Dağlı hadisədən dərhal sonra polis bölməsinə özü gələrək təslim olmuş, hadisəni etiraf etmişdir. Rəşad Dağlı hadisəni özünümüdafiə zəminində yerinə yetirdiyini, hadisənin səbəbi kimi İ. Mehtiyevin onu şantaj etdiyini göstərib. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Meyxanaçılar Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları