Cəfərov Əlvida Məhərrəm oğlu () — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Həyatı Əlvida Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Əsas rolları Akademik Milli Dram Teatrındakı rolları: Şöhrət və ya unudulan adam (N.Hikmət) — idmançı Kəllə (N.Hikmət) — gözətçi İnsan (Səməd Vurğun) — alman zabiti Knyaz (Hüseyn Cavid) — xəfiyyə Əmir Teymur (Hüseyn Cavid) — Nazimağa Əks səda (Nəbi Xəzri) — fəhlə Torpağa sancılan qılınc (Nəbi Xəzri) — Odoğlu Adamın adamı (Anar) — iştirakçı Əliqulu evlənir (Sabit Rəhman) — Kamal və qarmon çalan Atabəylər (N.Həsənzadə) — Aydoğdu Qətibə İnanc (Məmməd Səid Ordubadi) — saray əyanı Xurşidbanu Natəvan (İlyas Əfəndiyev) — Şahmar Mahnı dağlarda qaldı (İlyas Əfəndiyev) — gözətçi Bizim qəribə taleyimiz (İlyas Əfəndiyev) — Cümü Ölülər (Cəlil Məmmədquluzadə) — Hacı Kərim, Cəlal və şikayətçi Hərənin öz payı (X.Qoca) — müxalifətçi Sokratı anma gecəsi (Çingiz Aytmatov və Muxtar Şaxanov) — Bekan Kral Lir (Vilyam Şekspir) — zadəgan Xanuma (A.Saqareli) — polis Eşq və intiqam (Süleyman Sani Axundov) — Cəbi Dirilən adam (M.Cəlal) — İsmayıl Eloğlu (A.Şaiq) — Qəhrəman Müfəttiş (Nikolay Qoqol) — Osip
Filmoqrafiya Bir anın həqiqəti (film, 2003) Sarıköynəklə Valehin nağılı (film, 1980) Son arzu (film, 2003) Təlatüm (film, 2006) Ürək yaman şeydir... (film, 1992) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Tək olanda qorxma... (teleserial, 2013)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları