Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri.
Həyatı və yaradıcılığı Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” AMEA Əlyazmalar İnstitutunda Kövsərinin "Şirin və Fərhad" poemasının iki əlyazma nüsxəsi saxlanılır. poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır:
Tədqiqi Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 312-314
Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975.
İstinadlar və Qeydlər
Ədəbiyyat Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970 R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:Fars dilində yazan Azərbaycan şairləri Kateqoriya:XVI əsrdə doğulanlar Kateqoriya:XVII əsrdə vəfat edənlər Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:İsfahanda vəfat edənlər