İvan Sergeyeviç Kosıx (; )— sovet və Rusiya kinoaktyoru, epizodik rolların ustası, RSFSR-in əməkdar artisti (1991).
Həyatı İvan Kosıx 11 noyabr 1925-ci ildə Alapayevskdə (hazırda Sverdlovsk vilayəti) anadan olub. 2 saylı Alapayevsk orta məktəbini bitirib. 1942-ci ildə M. P. Musorqski adına Ural Dövlət Konsevatoriyasının Xalq çalğı alətləri fakültəsinin bayan sinfinə daxil olub.
1943-cü ilin mart ayında könüllü olaraq cəbhəyə yollanıb. DİXK-nin 34-cü diviziyasının 85-ci polkunun təkibində döyüşüb.
1946-cı ilin mayında ordudan təlxis olunandan sonra Sverdlovsk Kinoaktyor Məktəbinə daxil olub. 1948-ci ildə S. A. Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsinin üçüncü kursuna keçib. 1951-ci ildə bu institutu bitirəndən sonra Kinoaktyor Teatr-studiyasında ştata alınıb və 1990-cı ildə təqaüdə çıxana qədər burada çalışıb.
Təxminən iki yüz filmdə epizodik rolda çəkilib.
Aktyor Viktor Kosıxın ögey atasıdır.
İvan Kosıx 15 yanvar 2000-cü ildə vəfat edib. Xovan qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya Əsgər atası (film, 1964) İyirmialtılar (film, 1966) Skripkanın sərgüzəşti (film, 1972) Od içində (film, 1978)
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XX əsr aktyorları