Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir.
Tarixi Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksəkixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir.
Etimologiya Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur. Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında məlumat verilmişdir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdır. Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti ələ ala bilmişdilər. Belə olan şəraitdə əfşarların adı Azərbaycan toponimiyasında öz əksini tapdığı güman edilir. Odur ki, Abşeron toponiminin "əfşar yaşayan yer" kimi izah olunması məntiqə daha çox uyğun gəlir.<ref>Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.10.</ref>
Coğrafi mövqeyi Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir. Abşeron rayonu şimaldan Sumqayıt şəhəri ilə, şimali-qərbdən Xızı rayonu ilə, qərbdən Qobustan rayonu ilə, cənubi-qərbdən Hacıqabul rayonu ilə, şərqdən isə Bakı şəhəri ilə qonşudur.
Təbiəti Rayonun əsas bitki örtüyünü yarımsəhra efemerləri təşkil edir. Bunlardan başqa yovşan, şorangə, ətli şorangə, kəngiz və s. geniş yayılmışdır.
Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. Həmçinin püstə, badam, əncir və zeytun ağacları da Abşeron yarımadasında yetişdirilən ağaclardır. Abşeronda becərilən yem bitkiləri bunlardı: yovşan, tüksüz biyan, yonca, sərt quramat, sahil tonqal otu, bozqır pişikquyruğu, barmaqvari çayır, pomidor, badımcan, kök, soğan.E. K. Əlizadə Q. İ. Rüstəmov E. C. Kərimova. Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri. Monoqrafiya. Bakı."Avropa".2015.245 səh.
İqlimi Abşeron rayonu ərazisində yayı quraq keçən mülayim-isti yarımsəhra iqlimi hakimdir. Bu mülayim iqlimi Cenubi Avropa ölkelerinede aiddir. Havanın orta temperaturu 10–140C, yanvarın temperaturu — 30C, iyulunku isə 20–270C arasında olur. Günəşli saatların illik miqdarı 2440–2445 saat, ümumi günəş radiasiyasının illik miqdarı 130–135 kkal/sm2, illik yağıntının miqdarı isə 200–250 mm-ə çatır. Rütubət çatışmazlığı 700–945 mm təşkil edir. Nisbi rütubətlik il ərzində cüzi (20–30%) və zəifdir (30–50%). Bütün Abşeron yarımadası üçün eyni iqlim şəraiti xarakterikdir, lakin onun landşaftları relyefin hündürlüyündən, meyilliyindən, parçalanmasından asılı olaraq müxtəlif sahələrdə nisbətən fərqlənir.
Rayonda demək olar ki, hidroqrafik şəbəkə yoxdur. O, ancaq Sumqayıtçayın aşağı axınları və bir hissəsi yayda quruyan bir neçə duzlu göllərlə təmsil olunur. Yarımadada həm də müvəqqəti axarların qalıqları olan çoxlu çökəkliklər var. Onların yaranması və inkişafı göl-şorakətləşmə-deflyasiya prosesləri ilə əlaqədardır. Bir qayda olaraq onlar ilin soyuq dövründə su ilə dolur, yayda isə dibdə çökən gilli materiallardan ibarət nazik pərdə şəklində olan duzlu qabıq şoranlıqlar əmələ gətirir.
İqlimin quraqlığı arid-denudasiya, şoranlaşma-deflyasiya relyef formalarının geniş yayılmasına səbəb olmuşdur. İqlim şəraitinə uyğun olaraq yarımadada humusun miqdarının az olduğu (1–1,5%) boz və boz-qonur torpaqlar çox yayılmışdır. Müsbət formalı relyef sahələrində quraq iqlim şəraitində aşınma prosesinin intensivliyindən asılı olaraq primitiv və ibtidai torpaqlar üstünlük təşkil edir. Axarsız çökəkliklərdə və zəif axımı olan düzənliklərdə şorakətləşmiş torpaqlar formalaşmışdır.
Yaşayış məntəqələri Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad,Nübar, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəkəşkül və Novxanı) vardır.
Əhalisi
Əhalisi 1 aprel 2006-cı il tarixinə əsasən 102,5 min nəfərdir və əsasən Azərbaycan Türklərindən ibarətdir. Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 16872 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 2023-cü ilə əsasən əhalinin sayı 491316 nəfərdir.
İnzibati dairələri Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novxanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir. Rayon ərazisində 64 idarə və müəssisə, 11 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan "Azbentonit" MMC (589 nəfər) "Bakı Baltika" MMC (256 nəfər) "Mətanət-A" MMC (175 nəfər) işçisi vardır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.
Bələdiyyələr və nümayəndəliklər Xırdalan bələdiyyəsi və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik Saray bələdiyyəsi və Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Mehdiabad bələdiyyəsi və Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Qobu bələdiyyəsi və Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Ceyranbatan bələdiyyəsi və Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Hökməli bələdiyyəsi və Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Güzdək bələdiyyəsi və Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Aşağı Güzdək bələdiyyəsi və Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Digah bələdiyyəsi və Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik Masazır bələdiyyəsi və Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Novxanı bələdiyyəsi və Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Məmmədli bələdiyyəsi və Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Fatmayı bələdiyyəsi və Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Görədil bələdiyyəsi və Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Pirəkəşkül bələdiyyəsi və Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
İqtisadi xarakteristikası
SSRİ dövrü Sovetlər birliyi dövründə Abşeron rayonu inkişaf etmiş sənaye-aqrar bölgə olmuşdur. Abşeron rayonu kompleksli inkişaf etmiş şəhərətrafı kənd təsərrüfatı rayonu olub. Burada tərəvəzçilik, südlük və ətlik heyvandarlıq, üzümçülük, quru subtropik meyvəçilik inkişaf etmişdi. 1975-ci ildə burada 31 sovxoz, quşçuluq fabrikləri, tərəvəz kombinatları vardı. Bu təsərrüfatlar Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təchiz edirdi. Həmin ildə rayonda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 160,2 min hektar olub. Bunun 23,2 min hektarı toxum yeri, 5,8 min hektarı çoxillik bitkilər, 8,7 min hektarı dincə qoyulmuş torpaqlar, 0,7 hektarı biçənəklər, 121,8 hektarı otlaqlar idi. 12,3 min hektar əkin sahəsinin 23%-ində dənli və dənli-paxlalı bitkilər, 1%-ində texniki bitkilәr, 14%-ində kartof və tərəvəz-bostan bitkiləri, 62%-ində yem bitkilәri əkilirdi. Subtropik bitkilərin sahəsi 3,3 min hektar, üzümlüklər 2,5 min hektardır. Sovxozlarda 14,6 min qaramal (o cümlədən 4,4 min inək və çamış), 111,5 min davar, 14,3 min donuz, 1,4 mln. quş vardı (1975). 1975-ci ildə sovxozlarda 14,6 min ton tərəvəz istehsal edilmişdir. 1970-ci ildə Xırdalan qəsəbəsində o vaxt ölkənin ən iri yeyinti sənayesi müəssisələrindən biri olan pivə zavodu işə salınmışdır.
Müstəqillik dövrü Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur. Bakı—Moskva dəmiryolu, Bakı—Sumqayıt elektrik dəmiryolu, Bakı— Dərbənd, Bakı—Qazax şose yolları Abşeron rayonu ərazisindən keçir.
Səhiyyə Hazırda Abşeron rayonunda 20 səhiyyə müəssisəsi və şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir. Bu müəssisə və mərkəzlər aşağıdakılardır: Mərkəzi Xəstəxana — Bakı-Sumqayıt şösesi, Vaz dairəsinin yanı Saray qəsəbə Xəstəxanası — Saray qəsəbə, Mikayıl Ələkbərov küç. Qobu qəsəbə Xəstəxanası — Qobu qəsəbə, Aşur Həsənbalayev küç.46 Xırdalan şəhər Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12 Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi — Xırdalan şəhər, Heydər Əliyev prospekti 185 Uşaq Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12 Ceyranbatan qəsəbə Həkim Ambulatoiyası — Ceyranbatan qəsəbə, Nizami 3 Digah qəsəbə Həkim Ambulatoriyası — Digah qəsəbə, Səməd Vurğun küç Mehdiabad qəsəbə Həkim Ambulatoriyası — Mehdiabad qəsəbə, Əzizbəyov küç.10a Hökməli qəsəbə Həkim ambulatoriyası — Hökməli qəsəbə, Mirzağa Əliyev küç.11 Aşağı Güzdək qəsəbə Həkim Ambulatoriyası — Aşağı Güzdək qəsəbə, T/Məmmədov küç.2 Güzdək qəsəbə Həkim Ambulatoriyası — Güzdək qəsəbə, Elman Heydərov küç. Fatmayi kənd Həkim Ambulatoriyası — Fatmayi kənd, Əliağa Ağayev küç. Məhəmmədi kənd Həkim Ambulatoriyası — Məhəmmədi kənd, Əlibayramov küç.31 Masazır kənd Həkim Ambulatoriyası — Masazır kənd, Əliağa Vahid küç. Novxanı kənd Həkim Ambulatoriyası — Novxanı kənd, İlqar Abdullayev küç. Pirəküşkül Feldşer Mama Məntəqəsi — Pirəküşkül kənd, Xoşbəxt Məmmədov küç. Qobustan Feldşer Mama Məntəqəsi — Qobustan kənd, Cəfər Cabbarlı küç. Görədil kənd Feldşer Mama Məntəqəsi — Görədil kənd, İlqar Yusifov küç. Güzdək Hərbi Hissə Feldşer Mama Məntəqəsi — Güzdək qəsəbə
Mədəniyyət və təhsil müəssisələri Hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi əhaliyə xidmət göstərir. Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 36 ümumtəhsil məktəbləri, 22 uşaq bağçaları, "uşaq gənclər"i idman məktəbi fəaliyyət göstərir.
Maddi-mədəni irsi Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd "Dəvəlik" adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır. XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsinə xidmət edir.