Nikolay Fyodoroviç Popov (d. 1905, Rusiya – ö. 1945, Polşa) — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945).
Həyatı Nikolay Popov 1905-ci ildə Rusiyanın Samara vilayətinin Puqaçov rayonunun Tambovka kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kiçik leytenant idi. 2-ci zərbə ordusunun 340-cı atıcı alayının taqım komandiri. Donbas, Qafqaz, Ukrayna, Belarus torpaqlarında bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.
26 yanvar 1945-ci ildə Polşanın Visla şəhəri yaxınlığında həlak olmuşdur.
29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
İstinadlar
Ədəbiyyat Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2 Золотые Звёзды Азербайджана. Баку, 1975.
Xarici keçidlər Попов Николай Фёдорович
Kateqoriya:Ruslar Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Polşada vəfat edənlər Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar