Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPRO ( - FIFPRO) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı.
Tarixi 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular.
Tərkibi Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir.
Tədbirləri 2005-ci ildən etibarən, FİFPRO dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPRO ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir.
Mənbə Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.
Xarici keçidlər
Kateqoriya:1965-ci ildə yarananlar Kateqoriya:Həmkarlar ittifaqları Kateqoriya:Futbol təşkilatları