Elçin Muxtar oğlu Aslanov — Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam.

Həyatı Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Elçin Aslanov 1982–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib.

2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb.

Filmoqrafiya Cırtdan (film, 1969) Üçüncü zəng (film, 2006)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 261.

Kateqoriya:Azərbaycanlı miniatüristlər Kateqoriya:Əməkdar rəssamlar Kateqoriya:Film rəssamları Kateqoriya:Bakıda doğulanlar