thumbnail|Sarmaşıqla örtülmüş Prinston Universitetinin binası Sarmaşıq Liqası () — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər.
Üzvlər thumbnail|Ali məktəblərin xəritə üzrə yerləşməsi Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir. Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir. Yel Universiteti — 1701-ci ildə yaradılmışdır. Konnektikut ştatının Nyu-Heyven şəhərində yerləşir. Kolumbiya Universiteti — 1754-cü ildə yaradılmışdır. Nyu-York şəhərində yerləşir. Kornel Universiteti — 1865-ci ildə yaradılmışdır. Nyu-York ştatının İtaka şəhərində yerləşir. Pensilvaniya Universiteti — 1740-cı ildə yaradılmışdır. Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir. Prinston Universiteti — 1746-cı ildə yaradılmışdır. Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir.
İstinadlar Rəsmi sayt. ivyleaguesports.com
Kateqoriya:Universitetlər birliyi Kateqoriya:1954-cü ildə yaradılmış idman təşkilatları