Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır.

Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir.

5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi.

Haqqında Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.

Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir. 2002–2009-cu illərdə AAHM-in rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında ordu korpusunun qərərgah rəisi vəzifələrində xidmət etmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

2022-ci ilin iyun ayında Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Fakültələr Hərbi diplomatiya Hərbi iqtisadiyyat Hərbi siyasət Xarici dillər İngilis dili Alman dili Fransız dili Fars dili Erməni dili Rus dili

Rəhbərlik General-mayor Nəcəf Qəmbərov (-18 noyabr 2013) General-mayor Altay Mehdiyev (18 noyabr 2013 — iyun 2014) General-leytenant Heydər Piriyev (2014-cü ilin iyun ayından)

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.General-leytenant Heydər Piriyevin 60 yaşı tamam olur 04.08.2021 tarixində arxivləşdirilib .

3 avqust 2021-ci ildə Hikmət Həsənov Ordu Korpusu komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.Zakir Həsənov general Hikmət Həsənovu işdən çıxartdı04.08.2021 tarixində arxivləşdirilibGeneral Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ04.08.2021 tarixində arxivləşdirilib.

Məzunlar üçün Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasını bitirmiş məzunlar üçün döş nişanında ağ fonda silahlı qüvvələrin emblemi təsvir olunur və qızılı rəngli palıd yarpaqları ilə haşiyəyə alınır.

Məşhur məzunları General-leytenant Kərim Vəliyev (sinif 2006), Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Polkovnik İlqar Mirzəyev (1995-ci il sinfi), 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan toqquşmaları zamanı həlak olana qədər 3-cü Ordu Korpusunda xidmət edən artilleriya rəisi.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali hərbi-tədris müəssisələrinin məzunları üçün döş nişanlarının təsviri Silahlı Qüvvələrin Hərbi Akademiyası

Həmçinin bax

Kateqoriya:Azərbaycan Müdafiə Nazirliyi Kateqoriya:Azərbaycan ali təhsil akademiyaları Kateqoriya:Azərbaycan Silahlı Qüvvələri Kateqoriya:Azərbaycan ali hərbi təhsil müəssisələri Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar