Severus Sneyp () — Harri Potter romanlar seriyasının qəhrəmanı.

Romanlarda

Harri Potter və Fəlsəfə Daşı Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir.Harri Potter və Fəlsəfə Daşı, VII fəsil Sneyp özü də "Simurq Ordeni" romanında bunu təsdiqləyir.Harri Potter və Simurq Ordeni, XVII fəsil Sneyp qəddar və tərs müəllimdir, o, öz fakültəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır. Əsərin sonuna kimi oxucu Sneypin əsas antoqonist obraz olduğunu düşünür. Çünki Harri və dostları əvvəlcə Sneypin Fəlsəfə Daşını oğurlamaq istədiyini düşünürlər. Daha sonra isə Harri Sneypin Lord Voldemorta işlədiyini düşünür. Həmçinin uşaqlar Qviddiç oyunu zamanı Sneypin Harrini öldürməyə cəhd etdiyini fikirləşirlər. Lakin sonda məlum olur ki, Harrinin atası Ceyms Sneypin həyatını xilas etdiyinə görə, Sneyp də onun oğlunu qorumağa çalışırmış.Harri Potter və Fəlsəfə Daşı, XVIII fəsil

Harri Potter və Sirlər Otağı İkinci romanda Professor Sneyp obrazı kiçik rola malikdir. O, Gilderoy Lokhartın yaratdığı duel klubunda kömək edirSirlər otağı, XI fəsil, lakin əsas süjetdə iştirak etmir. Sneypin Ekspelliarmus sehrindən istifadə etdiyini görən Harri də bu sehri öyrənir ki, bu da sonrakı romanlarda mühüm rol oynayır.

Harri Potter və Azkaban Məhbusu "Harri Potter və Azkaban Məhbusu" romanında yeni gəlmiş Qara qüvvələrdən müdafiə müəllimi Remus Lupinin istifadə etməsi üçün Canavar iksiri hazırlayan Sneyp bu sahədə ustad olduğunu göstərir.Azkaban məhbusu, VIII fəsil Bütün roman boyunca Sneyp Lupinin Siriusa Hoqvartsa girmək üçün kömək etdiyindən şübhələnir; Sirius Potterlər ailəsinin gizləndiyi yeri Lord Voldemorta deməklə onların ölümünə səbəb olmaqda günahlandırılırdı. Siriusun şübhələrinin əsasında hələ Hoqvartsda tələbə olduqları vaxt Siriusun Lupin və Harrinin atası Ceyms Potterlə dostluq etməsi dayanırdı.Azkaban məhbusu, XXVIII fəsil Romanın kuliminasiyasında Sneyp Siriusu tutmağa çalışsa da, Harrinin köməyi ilə Sirius qaça bilir. Sneyp bu hadisə haqqında Dambldora məlumat verir, Harri və Lupinin cəzalandırılmadığını gördükdə isə, Lupinin canavar adam olduğunu açıqlayaraq onun vəzifəsindən istefa verməsinə səbəb olur.Azkaban məhbusu, XXII fəsil

Azkaban Məhbusunda Sneyp və Harrinin atası Ceyms Potterin münasibətləri haqqında detallar açıqlanır. Bir dəfə məktəbdə uşaqlar Sneypi aldadaraq Lupinin canavar adama çevrildiyi yerə göndərsələr də, Ceyms təhlükəni başa düşərək Sneypi dayandırı və onun həyatını xilas edir; birinci romanın sonunda Dambldor məhz bu hadisəyə istinad edirdi. Lakin, Sneyp Ceymsin bu hərəkətinin özünümdafiədən qaynaqlanan bir addım olduğuna inanır.Azkaban məhbusu, XVIII fəsil

İstinadlar

Kateqoriya:Harri Potter personajları Kateqoriya:1997-ci ildə tanıdılan personajlar Kateqoriya:Uydurma Kateqoriya:Uydurma telepatlar Kateqoriya:Uydurma müəllimlər Kateqoriya:Kişi personajlar Kateqoriya:Uydurma gizli agentlər və cəsuslar