() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii).
Arealı Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir.
Bioloji xüsusiyyətləri Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür. Çiçək qrupu başcıqlı və ya uzunsovdur. Çiçək saplaqları uzun, tükcüklüdür. Kasacığın uzunluğu təxminən 5 mm olub alt tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissəsində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda meyvə verir.
Çoxalması Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş mühafizə tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax