Əliyev Lənkəran Əbülfət oğlu () — Azərbaycanlı general-mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı, Müdafiə Nazirliyi Hərbi təhsil idarəsinin bölmə rəisi, Təlim Tədris Mərkəzinin rəisi (?–2009), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi (2009–?).
Həyatı
Lənkəran Əliyev 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi olmuşdur. 2009-cu ilin noyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi təyin olunmuşdur.General-mayor Lənkəran Əliyev yeni vəzifəyə təyin olunub — 19 noyabr 2009
Birinci Qarabağ müharibəsində iştirakı Lənkəran Əliyev 1990-cı illərdə demək olar ki, ordunu çiyinlərində quran, ən şərəfli döyüş yolu keçmiş və konkret olaraq ordu quruculuğu sahəsində mübaliğəsiz olaraq tayı–bərabəri olmayan əsil Azərbaycan zabiti olmuşdur.
O, Gəncəbasar–Qarabağda Azərbaycanın Mustafa Kamal Paşası kimi tanınır. Lənkəran Əliyev briqada yaradıb qurduğu hərbi–hissə heyəti ilə əvvəldən sona qədər ön cəbhədə, döyüş xətdində dayanan yeganə döyüş komandirlərindəndir.
Ailəsi Lənkəran Əliyevin qardaşı oğlu Emin Əliyev 2011-ci ildə cəbhə xəttində şəhid olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər