Əli bəy Qulu bəy oğlu Əlibəyov () — Azərbaycan gigiyenisti, həkim, pedaqoq, tibb elmləri doktoru (1936), professor (1932), Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943).

Həyatı Əli bəy Qulu bəy oğlu Əlibəyov 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir. Çox zaman elə limanda da gecələməli olurdu.

Ə. Əlibəyovun əmək yolu sonralar Bakı limanından Qara şəhərə-zavodlara keçmişdir. Fəhləlik etməklə, axşam ümumtəhsil kurslarında oxumuşdu.1905-ci ildə onu şəhərin tibb-sanitar bürosuna təlimatçı vəzifəsinə qəbul edirlər.

Gecə-gündüz yorulmadan çalışan, müntəzəm mütailə edən, elmə sonsuz həvəs göstərən Əli bəy kamal attestatı imtahanlarını ekstern üsulu ilə müvəffəqiyyətlə vermiş, 1911-ci ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1916-cı ildə universitetin tibb fakültəsini tamamlamışdı.

Ə. Əlibəyov əski Terek Sovet Respublikasında Nazran Dairə İcraiyyə Komitəsi (indiki İnquşetiyanın Nazran ş.) Səhiyyə şöbəsinin müdiri işləmişdir (1918–1923). Tədqiqatı, əsasən, Azərbaycan SSR-də epedemiologiya və sosial-gigiyena məsələlərinə və sairəyə həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun ictimai gigeniya kafedrasının müdiri vəzifəsində çalışmışdı.

Əli bəy Əlibəyov tibb elmləri doktoru (1936), professor (1932), "Əmək Qəhrəmanı" (1933), "Azərbaycan SSR əməkdar elm xadimi" (1943) adlarına layiq görülmüşdü.

Tədqiqatı, əsasən, Azərbaycanda epidemiologiya və sosial-gigiyena məsələlərinə və s. həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadak Azərbaycan Dövlət Tibb Universitetinin ictimai gigiyena kafedrasının rəhbəri olmuşdur.

Mükafatları "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.

Mənbə Ənvər Çingizoğlu, Əlibəyovlar: Dədəli bəyləri, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 9, səh.16–18;

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Tibb Universitetinin professorları