Əməvilər () və ya Bənu Ümeyyə ‏() — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman dövlətinə başçılıq etmiş sülalə. Süfyani və Mərvani Əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər xilafəti ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. Hökumət 750-ci ildə Əbu Müslim Xorasaninin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Ümeyyə ibn Əbdüşəms olmuşdur. I Müaviyə Əli ibn Əbu Talib ilə razılaşaraq Raşidi xilafətinin başına xəlifə olaraq Müaviyə keçmişdir. Əməvilər dövründə İslam mədəniyyəti, elmi və texnikası sürətlə inkişaf etmişdir. Əməvilər xilafəti dövrünün ən böyük ölkəsi idi.

Bənu Ümeyyə

İslamdan əvvəlki dövr Bənu Ümeyyə Qureyş qəbiləsinin qollarından biri idi. Qəbilənin adı Ümeyyə ibn Əbdüşəmsin adı ilə bağlıdır. Bu qəbilə cahiliyyə dövründə Məkkənin idarə olunmasında mühüm mövqeyə malik idi. Şəhərin və Kəbənin idarə edilməsi ilə bağlı qəbilələr arasında bölüşdürülən vəzifələrin ən mühümlərindən biri olan baş komandanlıq (ordu komandanlığı) vəzifəsini bu qəbilə yerinə yetirirdi. Həcc üçün Məkkəyə gələn ərəblərə su və yemək təmin etmək vəzifəsi isə Bəni-Haşim qəbiləsinə aid idi.

Haşimilər ilə, qardaşı Əbdüşəmsin oğlu Ümeyyəyə nisbət edilən Əməvilər arasında rəqabət mövcud idi. Haşimilərin icra etdikləri bu vəzifələr onlara ərəb cəmiyyəti üzərində böyük mənəvi nüfuz qazandırmışdı. Əməvilər isə daha çox maddi gücü və iqtisadi nüfuzu təmsil edirdilər. Bu iki qəbilə arasındakı rəqabət İslam dövründə yeni bir mərhələyə keçdi.

İslam dövrü Haşimilər Məhəmmədə digər qəbilələrə nisbətən daha müsbət münasibət göstərdilər. Onların bir qismi ilk müsəlmanlar sırasında yer aldı. İslamı qəbul etməkdə gecikənlər isə, əmisi Əbu Ləhəb istisna olmaqla, ona dəstək verdilər. Xüsusilə digər əmisi Əbu Talib başda olmaqla, Məkkə dövrü boyunca onun yanında oldular. Xüsusən də müsəlmanların Əbu Talib məhəlləsində üç il mühasirədə saxlanıldığı müddətdə, canlarını təhlükəyə ataraq onu qorumağa çalışdılar.

Bənu Ümeyyə arasında Osman kimi ilk müsəlmanlardan olanlar da vardı, lakin onların sayı az idi. Ümeyyə ailəsinin nüfuzlu nümayəndələri Məhəmmədin İslamı açıq şəkildə təbliğ etməyə başladığı ilk günlərdən etibarən insanların müsəlman olmasının qarşısını almağa çalışdılar. Bu məsələdə digər bütpərəst rəhbərlərlə birlikdə hərəkət etdilər və hətta Məkkədəki nüfuzlarına görə bu fəaliyyətin əsas liderlərinə çevrildilər.

İslamın yayılmasının qarşısını almaq istiqamətindəki fəaliyyətə Əməvilərlə yanaşı, nüfuz baxımından onlardan sonra gələn Bənu Məxzum qəbiləsinin rəhbərləri də başçılıq edirdilər. Həqiqətən də, Məhəmmədin Mədinəyə hicrətindən sonra müsəlmanlarla müşriklər arasında baş verən döyüşlərdə müşrik ordularına Əməvi rəhbərləri komandanlıq etmişdilər. Bədr döyüşündə Əbdüşəmsoğullarından Utbə ibn Rəbiə, Uhud və Xəndək döyüşlərində isə Əməvilərdən Əbu Süfyan bu vəzifəni yerinə yetirmişdi.

Məkkənin fəthinə qədər müsəlman olmağa müqavimət göstərən Əməvilərin böyük əksəriyyəti isə fəth zamanı, başçıları Əbu Süfyan olmaqla, digər bütpərəstlərlə birlikdə İslamı qəbul etdilər.

Şəcərəsi

Əməvilər xəlifə siyahısı right|thumb|Əməvilər xilafəti ən böyük dövrü (təqribən 705) ŞəkilAdAilə münasibətiHökmranlığıQeydlərƏməvilər xəlifə siyahısı80x80pxI MuaviyəƏbu Süfyanın oğlu661–68080x80pxI YezidI Muaviyənin oğlu680–68380x80pxII MuaviyəI Yezidin oğlu683–684I MərvanI Muaviyənin oğlu684–68580x80pxƏbdülməlikI Mərvannın oğlu685–705I VəlidƏbdülməlikin oğlu705–715SüleymanƏbdülməlikin oğlu715–71780x80pxII ÖmərI Mərvanın oğlu olan Əbdüləzizin oğlu717–720II YezidƏbdülməlik720–72480x80pxHişamƏbdülməlik724–743II ValidII Yezid743–744III YezidII Valid744–744İbrahimI Vəlidin oğlu744–744II MərvanI Mərvanın oğlu olan Məhəmmədin oğlu744–750Səffah tərəfindən öldürüldü

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əməvilər Kateqoriya:İslam Kateqoriya:Müsəlmanlar Kateqoriya:İran tarixi Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:İmperiyalar Kateqoriya:660-cı illərdə yarananlar Kateqoriya:Ərəb sülalələri Kateqoriya:Qureyş Kateqoriya:Ədnanilər Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:661-ci ildə yarananlar Kateqoriya:Ərəb xilafəti Kateqoriya:VII əsrdə yaranmış dövlətlər və ərazilər