İsmayılov Etibar Cəbrayıl oğlu () — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı.
Həyatı Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986–1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb.
Jurnalist fəaliyyəti 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-cı ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb. Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır.
2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.
2010-cu ildən Qafqaz Müsəlmanları İdarəsində çalışır. O, hazırda QMİ-nin sektor müdiri vəzifəsində işləyir
2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının proqramı ilə ABŞ-də təcrübə keçib.
Hazırda "Hetrik-news","Ədalət", qəzetləri, Modern.az,"Reytinq.az","Bakıvaxtı.az","Aztoday.az" və "Qol.az" saytları ilə sıx əməkdaşlıq edir.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub.
Mükafatları Azərbaycan mətbuatında səmərəli fəaliyyəti və publisistik yazılarına görə "Həsən bəy Zərdabi", "Qızıl Media açarı"(II-ci dərəcə) mükafatlarına layiq görülüb.
2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.
Ailəsi Ailəlidir, 1 oğlu,1 qızı və 2 nəvəsi var
İdman jurnalisti Hüseyn Cəbrayıloğlunun qardaşıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları