Aygün Attar () — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016).

Həyatı Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub.

1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir.

Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır.

2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur.

Mükafatları Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb.

15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib

Elmi fəaliyyəti Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.

Kitabları Aygün Attar (Haşimzade). İran'ın etnik yapısı: yakındönem ve günümüzde. Ankara: Divan Yayıncılık, 2006, 388 sayfa. ISBN 9750107403

İstinadlar

Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Türkiyə alimləri Kateqoriya:Giresun Universitetinin rektorları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Bakı Avrasiya Universitetinin fəxri doktorları Kateqoriya:Azərbaycan professorları