Mələk Fuad qızı Abaszadə ( ) — Azərbaycan teatr və kino aktrisası, xaricdə Müstəqil Azərbaycanı təmsil etmiş Azərbaycan Gözəli, top-model, Azərbaycan Respublikasının əməkdar artisti (2009).http://www.e-qanun.az/alpidata/framework/data/17/f_17230.htm Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Həyatı Mələk Abaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1991-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirmişdir.

Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu").

Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır.

9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.⠀⠀⠀⠀

Filmoqrafiya, 2010-2022 2022 Banu (rej. Təhminə Rafaella) 2021 Həyat Deyəsən Gözəldi (rej. Vagif Mustafayev) 2015 İnsanları Xilas Etməyə Gedirəm (rej. Vagif Mustafayev) 2010 Kabusun Gözü İlə 🇦🇿-🇫🇷 (rej. R. İbrahimbəyov) En iyi yabancı film mükafatı

Seriallar Xosrof ve Şirin (rej. Xəyyam Abdullazadə) Ay Yay Yay (rej. Ramin Hacıyev) Fələk də Yıxa Bilməz (rej. Adil Azay) Həkimlər (rej. Şahin Zəkizadə) Həyat Çiçəyi 🇦🇿-🇬🇪 (rej. İrakli Apaşidze) Qayınana (rej. Rüfət Şahbazov) Bəyaz Həyat (rej. Rahim Sadıqbəyli)

Akademik Rus Dram Teatrı

Yaz və Duman | T. Williams | Rosa Gonzalez rolunda Kutlama | B. Sleyd | Sanni rolunda Burla Xatun | Nəbi Xəzri | Şiranə rolunda Mənzil | Hidayət | Sevər rolunda Neft Partlayışı Hərkəsi Gülümsədir | M. İbrahimbəyov | Ayşə Yüzbaşova rolunda Javoronok | Jan Anuy | Janna D'Ark rolunda Karamazov Qardaşları | F. Dostoyevski | Agripina rolunda Cəhənnəm Kraliçaları | Elçin | Qadın rolunda Xalam Bundu | B. Polakov | Marina rolunda Məstəlişah | M. Axundov | Xanpəri rolunda Yuxularımı Tərk Et | Anar | Aliya rolunda Müsabiqə | Qalin | Ninel rolunda Poçt Şöbəsinde Möcüzələr | Elçin | Adela rolunda Bizim Həyatın Teatrı | V. Neverov | İnessa Armand rolunda Mösyö Todero xuliqan | Markolina rolunda Üç Gözəl | V. Krasnogorov | İnna rolunda

İBRUS Teatrı

İnsan Səsi | Jan Kokto | Monotamaşa Ara Bir Görüşmək Üçün İnsan Axtarıram | Ideal Qadın rolunda O və Onlar | Çexov | Дядя Ваня əsasən | Sona rolunda Tartuf | Molyer | xidmətçi Zarina rolunda Ivan Buninin Son Doyüşü | R. İbrahimbəyov | Gülnar rolunda Aslana Bənzər | R. İbrahimbəyov | Rəna rolunda

İstinadlar

Xarici keçidlər Melek's Showreel

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri