Devid Boqqs () — amerikalı elektrik və radio mühəndisi, kompüter şəbəkələri üçün müasir İnternet protokollarının, fayl-serverlərin, şlüzlərin və şəbəkə kartlarının prototiplərinin müəllifi, Ethernet texnologiyasının banilərindən biri.

1976-cı ildə o, assistenti olduğu amerikalı mühəndis Robert Metkalfla (Robert Metcalfe) birlikdə Ethernet texnologiyasının fəaliyyət prinsipinin əks olunduğu "Ethernet: Distributed Packet-Switching For Local Computer Networks" adlı kitab dərc etdirmişdir.Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

Kateqoriya:ABŞ mühəndisləri