Şimali Qafqaz Federal Dairəsi - (Rus: Северо-Кавказский федеральный округ) Rusiyanın 8 federal dairəsindən biridir. Kuma–Manıç çökəkliyi ilə Böyük Qafqaz dağlarının Baş suayrıcı silsiləsi arasındakı əraziləri əhatə edir. Tərkibinə Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçen respublikaları, Krasnodar və Stavropol diyarları, Rastov vilayəti daxildir. Sahəsi 355,1 min km.-dir

İqtisadiyyatı Təbii ehtiyatları: neft, təbii qaz, polimetall filizlər, mineral sular və s. Regionun kənd təsərrüfatı taxılçılıq, yağlı bitkiçilik, ətlik heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayedə yeyinti, kənd təsərrüfatı maşınqayırması, əlvan metallurgiya, sement istehsalı əsas yer tutur. Dövlət əhəmiyyətli kurortları vardır. Ərazisindən beynəlxalq əhəmiyyətli boru kəmərləri keçir.

Əhalisi Əhalisi 2002-ci il siyahıyaalmaya görə 8.933.889-dir.

İnzibati quruluşu Şimali Qafqaz Federal Dairəsi 7 federal vahiddən ibarətdir: Dağıstan İnquşetiya Kabardin-Balkar Qaraçay-Çərkəz Şimali Osetiya Stavropol Çeçenistan

İstinadlar

Kateqoriya:Rusiyanın federal dairələri Kateqoriya:Şimali Qafqaz Federal Dairəsi Kateqoriya:2010-cu ildə yaranmış dövlətlər və ərazilər