Qordon Banşaft () — yəhudi əsilli ABŞ memarı.

Həyatı Qordon Banşaft 1909-cu ildə Nyu-York ştatının Buffalo şəhərində anadan oldu və liseyi də eyni şəhərdə tamamladı. Memarlıqtəhsilini isə Massaçusets Texnologiya İnstitutunda aldı.

Qordon Banşaft Myes Van Der Roh və Le Karbusyerdən təsirlənən Modernist memardır. Ən tanınmış əsəri "Lever Brothers" sabun firması üçün tikdirdiyi "Lever" binasıdır. 1954-cü ildə tikilən onu işi olan Hannover Trast Branç Bankı II Dünya müharibəsindən sonra bir ABŞ-nin qərbində tikilən ilk şəffaf tikili olmuşdur.

Memarlıq karyerasının ilk illərində Edvard Durel ilə işləyən Banşaft sonra SAM şirkətinin rəhbərlərindən biri kimi işləməyə davam etdi.

Qordon Banşaftın karyerası boyunca tikdirdiyi yeganə ev ailəsi üçün hazırladığı və 210 m² sahəyə malik "Travertin Evi" olmuşdur. Ölümündən sonra ev Müasir İncəsənət Muzeyinə bağışlansa da, muzey daha sonra evi Marta Stevarta satdı.

Qordon Banşaft 1950-ci illərdə ABŞ Xarici İşlər Nazirliyinə Almaniyadakı səfirliklərin dizaynı üçün kömək etmişdir. 1988-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.

6 avqust 1990-cı ildə vəfat edən Qordon Banşaft Buffalo şəhərində həyat yoldaşının yanında basdırılmışdır.

Tanınmış işləri 1951 — Lever binası – Nyu-York 1953 — Hannover Trast Branç Bankı – Nyu-York 1961 — Manhatten Plaza — Nyu-York 1962 — CIL Evi – Monreal, Kanada 1962 — Albrayt-Knoks İncəsənət Qaleriyası – Buffalo 1963 — Travertin Evi – İst Həmpton 1963 — Beynek Nadir Kitaplar və Əlyazmaları kitabxanası – Yeyl Universitesi, Nyu-Havn, Kentukki 1965 — Lambert Bankı – Brüssel, Belçika 1967 — Marin Midland Binası — Nyu-York 1971 — Lindon Bayns Conson Kitabxanası və Muzeyi – Austin, Texas 1974 — Solou Binası – Nyu-York 1974 — Hirşhorn Muzeyi və Heykel bağı – Vaşinqton 1983 — Milli Kommersiya Bankı – Ciddə, Səudiyyə Ərəbistanı.

Qalereya

İstinadlar

Kateqoriya:ABŞ memarları Kateqoriya:Pritsker mükafatı laureatları Kateqoriya:XX əsr ABŞ memarları