Aşurbəyovun villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Teymur bəy Aşurbəyova məxsus olmuş villa. Villa 1901-ci ildə inşa olunub.

Tarixi

Memarlıq xüsusiyyətləri Planlaşdırılması Aşurbəyovların villası 1901-ci ildə 7 hektar ərazidə Teymur bəy Aşurbəyovun vəsaiti hesabına inşa edilmişdir. Villanın ərazisində yerləşən müxtəlif binalar uzunsov sahə boyunca yerləşdirilmiş və yuxarı və aşağı terraslara paylanmışdır. Ərazinin planlaşdırılmasında xiyabanlar və yollar xüsusi rol oynamışdır. Mərkəzi xiyaban əsas darvazalardan başlayaraq bütün ərazini kəsib keçmiş və aşağı terasa aparan pilləkənlərlə tamamlanmışdır. . Burada Əsədullayevin villası ilə müqayisədə təntənəli memarlıq və xüsusi planlaşdırma qərarı özünü göstərmir. Əsas ərazidə binanın yuxarı və aşağı verandasında qurulan ayrı-ayrı otaqlar yerləşmişdir. Onların qruplaşdırılması bədiidir, baxmayaraq ki, ərazinin planlaşdırılmış quruluşu aydın xiyaban və yollarla müəyyən edilir.

Həmçinin bax Hacı Zeynalabdin Tağıyevin villası

İstinadlar

Mənbə

Kateqoriya:1901-ci ildə yarananlar Kateqoriya:Azərbaycan villaları Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakının tarixi evləri Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Aşurbəyovlar