Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray.

Tarixçə

Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır.

Dağılması

Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur

2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır.

Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.

Qalereya

İstinadlar

Kateqoriya:Əfqanıstan memarlığı Kateqoriya:Əfqanıstan sarayları Kateqoriya:XX əsr memarlığı