Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir.

Həyatı Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı.

2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib.Azərbaycanlı alpinist Himalay dağlarında həlak oldu. oxu.az, 22.10.2014.

Vəfatı Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb.

Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb. Kitab yaxın gələcəkdə ABŞ-də dərc ediləcək.

Ailəsi Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlının əmisi oğludur.Azərbaycanlı alpinistin Himalay dağlarında həlak olması təsdiqləndi . apasport.az, 22.10.2014.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Nepalda vəfat edənlər Kateqoriya:Azərbaycan alpinistləri Kateqoriya:Azərbaycanın kişi idmançıları Kateqoriya:Everesti fəth etmişlər Kateqoriya:Azərbaycan iş adamları