Samuel Fuller () — əsasən qorxu, macəra və şiddət janrına üstünlük verən ABŞ senaristi və rejissoru.
12 yaşında olarkən bir qəzetdə kuriyer kimi işləməyə başladı. 17 yaşında müxbir oldu. Böyük Böhran illərində qatarla ölkəni gəzdi. Bu zaman romanlar yazdı. 1936-cı ildə bir dostu ilə ilk film senarisini yazdı. İkinci dünya müharibəsində döyüşdü və bir çox medalla təltif olundu. Müharibədən sonra ilk filmi "Mən Cessi Ceymsi vurdum" (1949) oldu.
Çoxunun senarisini yazdığı dar büdcəli filmlərindəki gərçəkçi üslubundakı şiddəti fransızlar tərəfindən bəyənilmişdi. Filmlərinin əsas mövzusu əsgərlikdə yaşadığı hadisələr, jurnalistika və avaraçılıq olmuşdu. Koreya müharibəsi haqqındakı "Polad dəbilqə" (1951) kimi müharibə filmləri böyük tənqidə məruz qalmışdı.
Filmoqrafiya
"Mən Cessi Ceymsi vurdum" (1949) "Polad dəbilqə" (1951) "Tokio Qanqsteri" (1955) "Çıplaq Öpüş" (1964) "Ölümə qaçanlar" (1980) "Ağ it" (1982) "Gecə oğruları" (1984) İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ rejissorları Kateqoriya:1912-ci ildə doğulanlar Kateqoriya:1997-ci ildə vəfat edənlər Kateqoriya:Massaçusetsdə doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:1950-ci illərin əks-mədəniyyəti Kateqoriya:1960-cı illərin əks-mədəniyyəti