Klaus Yohannis (; ) — Rumıniya prezidenti (2014-2025), alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meri olmuş, 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib.
28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəd olub.
16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib.
Tərcümey-hal Klaus Yohannis 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannisin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşlığını almışdır. 1979-cu ildə Klaus Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitet]]ə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir. 1983-cü ildə universiteti bitirdikdən sonra Sibiuda müxtəlif məktəb və kolleclərdə fizika müəllimi işləmişdir. 1989-cu ildən 1997-ci ilə qədər Samel fon Brukentalya adına gimnaziyada və Rumıniyada alman dilli məktəbdə işləmişdir. 1997-ci ildən 1999-cu ilə qədər Sibiu Judentsa əsas məktəbinin inspektor müavini işləmişdir. 1999-cu ildən 2000-ci ilə kimi isə mer vəzifəsinə seçilmiş və Judentsa məktəbini baş inspektoru olmuşdur. Klaus Yohannis mükəmməl rumın, alman və ingilis dillərinə sahibdir. 1989-cu ildən Karmen Yohannis ilə evlidir. Xanımı isə Sibiuda Georgiya Lazarya adına milli kollecdə ingilis dili müəlliməsi işləyir. Klaus Yohannisin dini inancı protestantdır. Rumıniyada Evanqeliçiskiy kilsəsinin üzvüdür.
İstinadlar
Kateqoriya:Rumıniya siyasətçiləri Kateqoriya:Rumıniya prezidentləri Kateqoriya:XXI əsr siyasətçiləri