Elvin Rot (; ) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür."The Prize in Economic Sciences 2012" Nobelprize.org.

Həyatı Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir.

Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.

Daha sonra təhsil və araşdırma üzvlüyü üçün Harvard Universitetinə keçmiş və bu universitetdə İqtisadiyyat fakültəsi və Harvard Biznes İnzibatçılığı məktəbində çalışmışdır. 2012-ci ildə bu universitetdən icazəli olaraq Stanford Universitetinə "qonaq professor" olaraq təyin edilmişdir.

Elvin Rot "Alfred Sloan Fəxri üzvü", "Quqqenheym Şərəf üzvü" və " Amerika İncəsənət və Elmlər Akademiyasına Fəxri üzvü" adlarına layiq görülmüşdür. 1986–1995-ci illərdə İsrail universitetlərində qonaq professorluq etmişdir. İqtisadi Araşdırmalar üzrə Milli Büro və Ekonometrika Cəmiyyətinin üzvüdür. 1991-ci ildə Amerika Əməliyyat Cəmiyyəti tərəfindən Lençestr mükafatına layiq görülmüşdür.

Əsərləri

Kitablar 1979: Alvin E. Roth (ed.) (1985) Axiomatic Models of Bargaining, Lecture Notes in Economics and Mathematical Systems #170 Springer Verlag. 1985: Alvin E. Roth (ed.) (1985) Game-Theoretic Models of Bargaining, Cambridge: Cambridge University Press. 1987: Alvin E. Roth (ed.) Laboratory Experimentatıon in Economics: Six Points of View, Cambridge: Cambridge University Press. 1988: Alvin E. Roth (ed.) (1988) The Shapley Value, Essays in Honor of Lloyd S. Shapley, Cambridge: Cambridge University Press. 1990: Alvin E. Roth and Marilda A. Oliveira Sotomayor (1990), Two-Sided Matching, Cambridge: Cambridge University Press. 1995: John H. Kagel and Alvin E. Roth (ed.) (1995), Handbook of Experimental Economics, Princeton University Press. 2002: Alvin E. Roth, Bengt Holmström and Paul Milgrom (ed.) (2002) Game Theory in the Tradition of Bob Wilson. Berkeley Electronic Press.

Məqalələr Alvin E. Roth, Vesna Prasnikar, Masahiro Okuno-Fujiwara ve Shmuel Zamir, (1991), "Bargaining and Market Behavior in Jerusalem, Ljubljana, Pittsburgh, and Tokyo: An Experimental Study", The American Economic Review, C. 81, s.1068–1095. İdo Erev ve Alvin E. Roth, (1998), "Predicting How People Play Games: Reinforcement Learning in Experimental Games with Unique, Mixed Strategy Equilibria", The American Economic Review, C.88, s.848–881.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Elvin Rot haqqında Nobel mükafatı e-muzeyində məlumat. Elvin Rot haqqında faktlar. Elvin Rotun şəkilləri. Elvin Rotun müsahibəsi. Elvin Rotun İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Stenford Universitetinin məzunları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Təl-Əviv Universitetinin müəllimləri