Mayer Amşel Rotşild (; ) — Beynəlxalq sülalənin əsasını qoymuş şəxs.

thumb|alt=Şəkil|Mayer Amşel Rotşildin portreti və qısa bioqrafiyası (1928-ci il arxivi)

thumb|alt=Şəkil|Hessen-Kassel kürfürstü IX Vilhelmin öz xəzinəsini qorumaq üçün Mayer Amşel Rotşildə (1743–1812) təslim etməsini təsvir edən rəsm əsəri.

thumb|alt=Şəkil|Rotşildlər sülaləsinin transmilli kredit-maliyyə hegemonluğunu əks etdirən Frankfurt karikaturası. Bankir Amşel Mayer Rotşild qitə dövlətlərini kapital ilə təmin edən mərkəzi maliyyə mənbəyi qismində təsvir edilmişdir.

Həyatı

Rotşild Mayer Amşel 23 fevral 1744-ci ildə doğulub. Uşaqlığını indiki Almaniya ərazisində yəhudilər üçün ayrılmış gettolarda keçirib. 20 yaşında yerli bankların birində təcrübə keçib işi öyrənəndən sonra, babasının işini davam etmək üçün ailəsinin yanına qayıdır. Onun birinci işi qızıl sikkə, medalların satışı və dəyişdirilməsi idi. Sonradan pul yığıb özü üçün antikvar mağazasını açır. Həmin mağazada işlədiyi vaxt Avropanın ən varlı adamlarından biri sayılan landqraf Qessen-Kassel Vilgelm IX ilə tanış olur. Sonrada o həmin landqrafın (Qərbi Avropada zadəgan titulu.) yaxın adamı olur və onun şəxsi bankirinə çevrilir.

27 yaşında Rotşild, Qutle Şnapper adlı bir yəhudi qızla evlənir. Onların evliliyindən 5 qız və 5 oğlan dünyaya gəlir. Sonradan həmin 5 oğlan "bir əlin beş barmağı” deyə adlanacaqlar və 260 illik Rotşildlər nəslinin davamçıları olacaqlar - Amşel, Solomon, Natan, Karl, Jeyms.

Ata Rotşild öz oğullarını böyüdüb Avropanın beş ölkəsinə göndərir və onların əli ilə nəhəng bank sistemini yaradır.

Rotşild nəslinin qazandığı ən böyük məbləğlər Napoleon Bonopartın dövründə olub. Napoleonun Avropanı zəbt etmək üçün sərf elədiyi vaxtı Rotşildlər nəsli pul qazanmağa sərf edirdi.

Linklər Amedeo Natoli

İstinadlar

Kateqoriya:Rotşildlər Kateqoriya:Masonlar Kateqoriya:Almaniyada yəhudi tarixi Kateqoriya:Almaniya yəhudiləri