Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov; ) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (2000–2005)

Həyatı Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

Ədəbi fəaliyyətinə 1966-cı ildə başlayıb. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda “Şota Rustaveli” adlı ilk şeiri dərc edilib. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.

1983-cü ildən AYB-nın üzvü olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da vəfat edib. Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra Birinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H. Z. Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib.

Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.

Fəxri üzvlükləri 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir"Zəlimxan Yaqub Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adına layiq görülüb". APA..

Haqqında yazılanlar Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət dastanı" poeması haqqında şair-publisist Əli Rza Xələfli "Ölməzlik nəğməsi" ("Vətən" nəşriyyatı, 2013) adlı kitab yazmış və nəfis tərtibatda çap etdirmişdir.

2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün "Əbədi Prometey" adlı kitabı nəşr olunmuşdur. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlamış və "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunmuşdur. Kitabda, Zəlimxan Yaqubu "Əbədi Prometey, əbədi Səməndər quşu" adlandıran, onu "şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı" hesab edən, hələ 30 il bundan əvvəl "Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur", — deyən X. R. Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb.Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab

Kitabları 300px|thumbnail|right|Zəlimxan Yaqubun 13 cildlik Seçilmiş əsərləri Şair harayı Vətən yaralar Sizi qınamıram Ziyarətin qəbul olsun Od aldığım ocaqlar 1986 Mən sənin qəlbinə necə yol tapım 2003 Böyük ömrün dastanı 2004 Qayıdaq əvvəlki xatirələrə 2004 Gözlərimin nurudu doğulduğum bu torpaq 2005 Mən bir dağ çayıyam 2006 Əbədiyyət dastanı. 2008 Сказы саза 2008 Peyğəmbər (poema) 2009 Özün basdırdığın ağaca söykən (I cild). Bakı. "Şərq-Qərb", 2010, 284 səh. şəkilli Özün basdırdığın ağaca söykən (II cild). Bakı. "Şərq-Qərb", 2010, Mövlana. Bakı: "Vətən", 2012. — 194 səh. Seçilmiş əsərləri, Məni sabahıma qovuşdur, ana. Bakı. "Elm və təhsil", 2015, Seçilmiş əsərləri. 2020 ("Xalq əmanəti" layihəsi çərçivəsində)

Filmoqrafiya Tikdim ki, izim qala (film, 1997) Böyük ömrün davamı (film, 2007) Mən Hüseyn Arifəm… (film, 2010) Atalar yolu (film, 2010)

Xatirəsi Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən Zəlimxan dastanı adlı sənədli bioqrafik film həsr olunmuşdur.

İstinadlar

Xarici keçidlər

dgtyb.org zalimxanyaqub.com

Kateqoriya:Zəlimxan Yaqub Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XXI əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan Aşıqlar Birliyinin sədrləri Kateqoriya:Azərbaycan Aşıqlarının V Qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:Türkçülər