Müqəddəs Apostol İoann kilsəsi (, , Sankt-Peterburq, Dekabristlər küçəsi (keçmiş Ofitserskaya küçəsi), 54) yevangelik-lüteran inancına məxsus eston-alman kilsəsi. Hazırda fəaliyyət göstərən İnqriyanın yevangelik-lüteran (İYLK) kilsəsidir.
Tarix İcma 1731-ci ildə ilk kadet korpusunun binasında yaradılmışdır.
1834-cü ildə icma arxistraq Mixailin şərəfinə adlandırılmışdırIgor Taro. Miljonite mäng Jaani kiriku ümber''. Õhtuleht, 23. august 2004. . 1841-ci ildə imperator I Nikolay kilsənin şəxsi binalardan birinə köçürülməsini və xəzinədən icmanın gələcək inkişafı üçün əlavə vəsaitin ödənməsini əmr edirVeronika Mahtina. Eesti Jaani kirik Peterburis. Peterburi Jaani Kiriku Fond, 2009, 163 lk. ISBN . Bundan sonra vahid alman və eston cəmiyyətinin bölünməsi baş vermişdir. Formal olaraq eston kilsəsi 1842-ci ilin may ayında təşkil olunmuşdur, xəzinə pullarına kilsə üzvləri görüşlər üçün bir ev kirayə götürmüşdü. Ofitserskaya küçəsində yerləşəcək 800 yerlik kilsənin təməli 24 iyun 1859-cu ildə qoyulmuş (memar Harald Andreyeviç Bosse) və artıq 27 noyabr 1860-cı ildə təqdis edilmişdir. Bina psevdoroman üslubunda inşa olunmuşdur. Kilsənin böyük çadırabənzər zəng gülləsi var idi. Kilsə tikintisi üçün büdcədən əhəmiyyətli məbləğ ayrılmışdır, qalan vəsaiti isə kilsə camaatı birlikdə toplamışdır. Onların içərisində baron Y.F. Meyendorf və leyb-həkim Şolts daha çox fəallıq göstərirdilər. Bina üçün ümumi xərclər gümüş pul ilə 65 min rubl təşkil etmişdir. Kilsənin tərkibinə bir sıra filial ev kilsələri, o cümlədən də həbsxanaların dini şöbələri də daxil edilmişdir. Kilsənin tərkibində məktəb, hospital və yetimxana fəaliyyət göstərirdi.
1930-cu ildə kilsə bağlanılır. Sonra bina yenidən qurulmuşdur: zəng gülləsi sökülmüş, əsas fasada isə pilləkənlər əlavə edilmişdi. Həmçinin mərtəbə aralarının üstü örtülmüş, kərpiclə bəzədilən eksteryerin üzərinə isə suvaq çəkilmişdi. Binada klub fəaliyyət göstərməyə başlayırKärt Anvelt . Külli Sulg: Peterburi Jaani kirik avab uksed veebruaris . Postimees, 2. juuli 2010..
1993-cü ildə Sankt-Peterburq şəhərində eston lüteran icması yenidən təsis edilmişdirRuth Alaküla. Peterburis algavad Jaani kiriku taastamistööd . ERR Uudised, 13. märts 2009. . 29 may 1997-ci ildə onlara kilsə binası geri qaytarılmışdı. 25 noyabr 2000-ci ildən burada müntəzəm şəkildə eston dilində dua mərasimləri və yığıncaqları keçirilir. Yaani (və ya İoann) kilsəsi İYLK-ın tabeliyindədirKai Kalamees. Peterburi Jaani kirik kui rahvuslik väljakutse . Postimees, 12. aprill 2008..
2009-cu ildə kilsənin bərpasına başlanılmışdı - zəng qülləsi və fasad bərpa edilərək, binaya tarixi görünüş geri qaytarılmışdı. Restavrasiya üçün xərclər – 3,1 milyon kron (təxminən 200 min avro), Estoniya Mədəniyyət Nazirliyi tərəfindən ayrılmışdı.
20 fevral 2011-ci ildə bütün restavrasiya işlərinin tamamlanmasından sonra Müqəddəs İoann kilsəsinin açılışı və təqdisolunma mərasimi keçirilmişdi. Mərasimdə Estoniyanın Prezidenti Toomas İlves də iştirak etmişdirPeterburi Jaani kirik 1860–2010 . Eesti Peakonsulaat Peterburis..
Kilsədə çalışmış pastorlar Georq Ernst Raynfeldt (1834—1849) Kornelius Laaland (1849—1877) Konrad Raymund Frayfeld (1877—1880) Yakob Hurt (1880—1901) Yaak Valk (1901—1902) Rudolf Qottfrid Kallas (1901—1913) Yakob Kukk (1902—1904) İoann Adamson (1906—1914) Adalbert Klasapp ? Fridrix Ştokholm (1914—1918)
İstinadlar
Xarici keçidlər
Е. Е. Князева, Г. Ф. Соколова «Лютеранские церкви и приходы России XVIII—XX вв.», Санкт-Петербург, «Литера», 2001, ISBN 5-89319-048-3 Церковь св. Иоанна в Энциклопедии Петербурга (здание) Церковь св. Иоанна в Энциклопедии Петербурга (приход) Концертный зал "Яани Кирик" - церковь Святого Иоанна В Петербурге на Церкви Святого Иоанна установлена маковка // Novosti ERR, 07.03.2010 Реставрация церкви Св. Яна в Петербурге будет завершена // DELFI, 29.03.2010 В Петербурге освятили церковь Святого Иоанна // Радио Балтика, 20.02.2011 Peterburi Jaani kogudus saab kingitusena lipu, Postimees, 5. detsember 2010 Põder: Peterburi Jaani kirik on oluline kõigi jaoks, Eesti Kirik, 18. veebruar 2011 President Ilves avab Peterburis Jaani kiriku , EPL, 20. veebruar 2010 Ilves: Peterburi Jaani kirik tähistab eestlaste vabadustahet , EPL, 20. veebruar 2011 Paet: Jaani kirikuga taastame Peterburis eestlaste eneseväärikuse , EPL, 20. veebruar 2011 Jänes: Peterburi Jaani kirik on Eesti kultuuri koda, Delfi, 20. veebruar 2011
Kateqoriya:Sankt-Peterburqun görməli yerləri Kateqoriya:1859-cu ildə yarananlar Kateqoriya:XIX əsr memarlığı