Samsunspor — Türkiyənin Samsun şəhərini təmsil edən və 1965-ci ildə qurulmuş futbol klubu.

Samsun şəhərini təmsil edən Samsunsporun əsası 1927-ci ildə qoyulsa da rəsmi yaranma tarixi peşəkar olduğu 30 iyun 1965-ci il kimi qəbul olunub. Samsunspor qurulduğu ilk illərdə ev oyunlarını Samsun şəhər stadionunda oynasa da 23 fevral 1975-ci ildə Trabzonsporla oyunla 19 May stadionuna köçmüşdür və indiyədək bu stadionda oynamaqdadır.

Samsun vilayətinin ən tanınmış və uğurlu klubu olan Samsunspor 23 tur boyunca Türkiyə çempionatında lider qalmış və bu göstəriciyə əsasən çempionat tarixində 7-ci yerdədir. Həmçinin Türkiyə çempionatları tarixində ən çox xal toplamış 10-cu klub və Türkiyə 2-ci Liqasında ən çox çempion olan klubdur.

Samsun vilayətində Samsunsporla rəqabətdə olan digər klub yoxdur. Samsunsporun ən böyük rəqibi Trabzon təmsilçisi Trabzonspordur. Əslində klubun digər Qaradəniz klubları ilə oynadığı digər oyunlar da Qaradəniz derbisi adlandırılır. Klubun rəngləri qırmızı-ağdır.

Samsunsporun əvəzedici heyəti isə Samsunspor A2-dir. Burada gənc oyunçuların yetişdirilməsinə böyük əhəmiyyət verilir.

28 dekabr 2014-cü ildə klubun verdiyi açıqlamaya əsasən Samsunsporun 41.221.114 TL borcu vardır. Samsun bələdiyyəsinin apardığı işlər nəticəsində Samsun şəhəri ilə Fransanın Bordo şəhərləri arasında müqavilə imzalanmış, beləliklə Samsunspor FK ilə Bordo FK qardaş kluba çevrilmişdirlər.

Tarixi

İlk illər thumb|left|1935-ci ildə həvəskar fəaliyyət göstərən Samsunspor komandası

Samsunda qurulan ilk futbol klubu 1909-cu ildə Tevfiri Efqar Gənclər Klubu olmuşdur. Bu futbol klubu Samsun limanının prezidenti tərəfindən qurulmuşdur, amma Balkan müharibələri nəticəsində bağlanmışdır. Daha sonra 1912-ci ildə tələbələr tərəfindən klub olmayan komanda yaradılmış və bu cəhd də uzun müddət davam etməmişdir. 1919-cu ildə Samsunun ikinci futbol klubu olan Samsun İdman Yurdu fəaliyyətə başlamışdır. Tahir Ustanın başçılığı altında qurulan bu klubun rəngləri sarı-qırmızı idi. 1921-ci ildə isə Qiyas Bəyin prezidenti olduğu Ay-Ulduz İdman Ocağı yaradılmışdır . Sarı-göy rənglərə sahib olan bu klub 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən ziyarət edilmişdir. 1923-cü ildə isə Zəfəri Milli İdman Dərnəyi futbol klubu yaradılmışdır. Qırmızı-ağ rəngli formalar geyən komandanın ilk prezidenti İsmayıl Hamamı Bəy idi.Samsunspor — Qırmızı, Ağ, Qara, Samsun'da Futbol 1909–1960 Həmin dövrdə Samsunda sonradan Türkiyə İdman Cəmiyyətləri İttifaqının qurucularından olan Bafra Qızılırmaq və Çərşənbə Yaşılirmaq klubları fəaliyyətə başladı. Beləcə ilk rəsmi qarşılaşmalar keçirilməyə başlanmışdır. Növbəti illərdə Cümhuriyyət Qızılirmaq və Gənclər Birliyi klubları quruldu.

1926-cı ildə Zəfəri Milli İdamn Dərnəyi adını dəyişdirərək Türkocağı İdman Şöbəsi adlandırılmışdır. 1927-ci ildə isə Türkocağı İdman Şöbəsi ilə Ay-Ulduz İdman Ocağı birləşərək Samsunspor klubunu əmələ gətirdilər. Həmin il Bafra Qızılirmaq və Cümhuriyyət Qızılirmaq birləşmiş və Bafra Gənclərbirliyi yaradılmışdır.1923–1933 10 Respublikada Samsun, Səhifə: 34

Qara-ağ rənglərə sahib Samsunspor 1930-cu ildə bağlanmış və Xalqsporla birləşmişdir. Lakin 1931-ci ildə Samsunspor yenidən açılmışdır. Bu zaman klubun futboldan əlavə voleybol, atletizm və dənizçilik şöbələri mövcud idi.Əhali, 27 avqust 1931, Say: 531

1932-ci ildə Samsunspor Samsun İdman Yurdu, Xalqspor, Tütün Fabrikispor və Dəmirspor ilə birlik yaratdılar. 1937-ci ildə isə Samsunspor Dəmirsporla Samsun-Dəmirspor Birliyini yaratmışdılar. Fasilələrlə fəaliyyət göstərən klub 16 noyabr 1950-ci ildə fəaliyyətini bərpa etmiş və prezidenti Osman Gündüz olmuşdur. Bu zaman həmçinin güləş şöbəsi yaradılmışdır. thumb|Samsunsporu peşəkar klub kimi təsdiq edən sənəd

30 iyun 1965-ci ildə Samsundakı 5 həvəskar futbol klubu olan Samsunspor, 19 May, Fənər Gənclik, Axınspor və Samsun Qalatasaray Gənclik klubları Ticarət Bankı vəkili Kadri Ersanın başçılığı altında birləşərək rəngləri qırmızı-ağ olan vahid Samsunspor klubunu əmələ gətirmiş və Türkiyə 2-ci Liqasına qatılmışdırlar. Beləliklə Samsunspor peşəkarlaşmışdır. 1965-ci il 15 iyulda isə klubun müraciəti Bədən Tərbiyəsi Ümumi Müdirliyi tərəfindən təsdiqlənmişdir. Klubun həmin dövrdə futbol, basketbol, voleybol, atletizm, güləş, stolütü tennis və boks şöbəsi mövcud idi.Samsun Şəhər Muzeyi, Samsunspor arxivi

Pəşəkarlığın ilk dövrlərində Samsunspor ilk dəfə 1965–66 mövsümündə Türkiyə 2-ci Liqasına qatılmışdır. 5 sentyabr 1965-ci ildə ilk peşəkar oyununa çıxan Samsunsporun rəqibi Yaşıldirək idi. Samsun şəhər stadionunda oynanan və Nadir İrmağın baş hakim olduğu oyunda Nihat Sərməçənin yeganə qolu ilə Samsunspor qalib gəlmişdir. Beləliklə Nihat Sərməçə Samsunspor tarixində ilk qolu atmış oyunçu oldu. Liqadakı ilk mövsümündə Samsunspor Ağ qrupun 5-cisi olmuşdur. Türkiyə kubokunda isə 2-ci turda Ankara Günəşspora uduzdular. 1966–67 mövsümündə isə Samsunspor liqa ikincisi olmuş və Türkiyə kubokunun yarımfinalına qədər gəlmişdir. Türkiyə kubokunda Manisaspor, Konyaspor və Fənərbaxçanı məğlub edən Samsunspor sonda Göztəpəyə uduzmuşdu. Növbəti mövsüm isə Kamran Soyqırayın başçılığı ilə Ağ qrup lideri olaraq 2-ci Liqanın çempionu olmuşdurlar.

1969–70 mövsümündə Türkiyə çempionatına qatılan Samsunspor 6-cı yerlə kifayətlənmişdir. Beləliklə Samsunspor Türkiyə çempionatında iştirak etmiş ilk Qaradəniz klubu olmuşdur. Beş mövsüm Türkiyə çempionatında mübarizə aparan Samsunspor 1974–75 mövsümündə liqanı 24 xalla 15-ci yerdə tamamalayaraq yenə 2-ci liqaya yuvaralanmışdır. Bu səbəblə baş məşqçi Basri Dirimlili istefaya göndərilmiş və Kamran Soyqıray yenidən bu posta gətirilmişdir. 1975–76 mövsümündə Soyqıray Samsunsporu yenidən Ağ qrup çempionu edərək Türkiyə çempionatına vəsiqə qazandırmışdır. Həmçinin həmin mövsüm Gənclik və İdman Nazirliyi Kubokunda Bursasporu 2:1 məğlub edən Samsunspor kuboku başı üzərinə qaldırmışdır.

1976–77 mövsümündə Samsunspor Türkiyə çempionatında 10-cu yeri tutmuşdur. Türkiyə kubokunda isə 3-cü turda mübarizədən dayandırmışdır. Samsunspor 2 mövsüm daha çempionatda oynadıqdan sonra təkrar 1978–79 mövsümündə aşağı dəstəyə düşmüşdür. 1981–82 mövsümündə Samsunspor Fevzi Zəmzəmin başçılığı altında 2-ci Liqanın D qrupunu lideri kimi Türkiyə çempionatına qayıtmışdır. 1982–83 mövsümündə isə əfsanəvi oyunçu Tanju Çolak transfer edilmişdir. Tanju Çolak 16 qol ataraq bombardirlik cədvəlində 2-ci olsa da Samsunspor həmin mövsüm yenə 2-ci liqaya düşmüşdür.

1984–85 mövsümündə Fethi Dəmircan baş məşqçi olmuşdur. Həmin mövsüm Samsunspor C qrupunu 1-ci bitirərək Türkiyə çempionatına yüksəlmişdir.

Qızıl dövr 1985–86 mövsümü başlamamışdan qabaq komandanın başına Fəxrəddin Gənc gətirilmiş və Zonquldakspordan Muzaffer Budalıoğlu transfer edilmişdir. Həmin mövsüm 33 qolla bombardir olan Tanju Çolak Samsunspor tarixində ilk bombardir adını qazanmışdır. Həmin mövsüm Samsunspor Türkiyə çempionatında 3-cü yer tutmuşdur. Növbəti mövsüm isə Samsunspor tarixində ən uğurlu mövsüm olmuşdur. Tanju Çolak 25 qol ataraq yenə bombardir olmuş, Samsunspor isə Türkiyə çempionatını 3-cü yerlə bitirmiş, Türkiyə kubokunda yarımfinala qədər irəliləmişdir. 1987–88 mövsümündə isə Samsunspor çempionatda 4-cü yeri tutarkən, kubokda final oynamışdır. Kuboka gedən yolda Nevşəhərspor, Kocaelispor, Uşakspor və Ankaragücünü mübarizədən kənarlaşdırsa da finalda iki oyunun nəticəsinə əsasən Sakaryaspora uduzmuşdur.

Samsunspor 1987–88 mövsümündə Balkan Kubokuna qatılmışdır. Balkan Kubokunun B qrupunda yer alan Samsunspor Yunanıstanın İraklis klubuna 21 oktyabr 1987-ci ildə 3:4 uduzmuşdur. İkinci oyunda isə səfərdə Bolqarıstanın Sliven komandasına 0:7 uduzmuşdur. Samsunda isə Sliveni 3:2 məğlub etmişdir. Qrupda son oyununda 8 yanvar 1988-ci ildə İraklisə 6:1 qalib gəlsə də, Slivenin ardından 2-ci olmuş və qrupdan çıxa bilməmişdir.

1985–1989 illəri arasında yüksək liqada iki dəfə üçüncülük, bir dəfə ikincilik qazanan Samsunspor 20 yanvar 1989-cu ildəki qəzadan sonra böyük çöküş yaşamışdır. Həmin mövsüm Türkiyə Futbol Federasiyası (TFF) ikinci dövrədə oynamayan Samsunsporu liqada saxlamışdır. 1989–90 mövsümündə isə Samsunspor aşağı dəstəyə düşmüşdür. 1990–91 mövsümündə Türkiyə çempionatına yüksəlsə də təkrar aşağı liqaya yuvarlanmışdır. Samsunspor 1992–93 mövsümündə yenə 2-ci liqa çempionluğu qazanmışdır.

Sabitlik dövrü 1993–94 mövsümündə yenə Türkiyə çempionatına qayıdan Samsunspor bundan sonra düz 13 mövsüm boyunca aşağı liqaya düşməmişdir. Həmin mövsüm 5-ci olan Samsunspor Türkiyə kubokunun da yarımfinalına qədər irəliləmişdir. Eyni mövsüm Balkan Kubokuna da qatılan komanda çempion olmuşdur. Bu kuboku qazanarkən Bolqarıstanın Pirin Blaqoyevqrad klubu ilə səfərdə 0:0 evdə 4:1, Yunanıstanın PAS Qiannina klubu ilə səfərdə 3:0 və evdə 2:0 nəticələrini əldə etmişdir. Samsunspor Balkan Kubokunu qazanan sonuncu klub olmuşdur. Həmçinin Avropada kubok qazanan 4 türk klubundan biridir (digərləri Fənərbaxça, Sarıyer, Qalatasaray). Həmin mövsüm komandada ən çox qol atmış Ərtuğrul Sağlam klubdan ayrılmışdır.

1994–95 və 1995–96 mövsümlərində 8-ci olan Samsunspor Türkiyə kubokunun da yarımfinalına çıxmışdır. Corce Multescunun məşqçiliyi altında 1996–97 mövsümündə 9-cu olan Samsunspor ilk dəfə UEFA İntertoto Kubokuna qatılmışdır. Bu həm də komandanın UEFA turnirlərində ilk mübarizəsi idi. 1997-ci il 20 iyunda İntertoto Kubokunun 6-cı qrupunda evdə Danimarkanın Odense klubunu qəbul edən Samsunspor Cənk İşlər və İsmət Daşdəmirin qolları ilə 2:0 qalib gəlmişdir. Səkkiz gün sonra Litvada Kaunas klubu ilə qarşılaşan komanda Ali Ağdənizin tək qolu ilə yenə qalib gəlmişdir. 12 iyulda isə evdə İslandiyanın Leyftur Olafsfyordur klubunu Serkan Aykutun bir, Cənk İşlərin iki qolu ilə 3:0 məğlub etmişdir. Qrupun son oyununda Hamburqla qarşılaşan Samsunspor əvvəlcə Cənk İşlərlə hesabda önə keçmiş, amma 40-cı dəqiqədə Dirk Viitindorfun qolu ilə ilk hissə heç-heçə bitmişdir. İkinci hissədə isə Harald Spörlin atdığı iki qolla 1:3 məğlub olan Samsunspor qrupda ikinci olaraq mübarizəni dayandırmışdır.

1997–98 mövsümündə 5-ci olan Qırmızı Şimşəklər İntertoto Kubokuna yenə vəsiqə qazanmışdırlar. Olimpiya sistemi ilə oynanan turnirdə finala gedən yol 6 turdan keçirdi. İlk oyununda Samsunda Danimarkanın Lenqbi klubuna Uğur Dağdələn, İlhan Mansız və Serkan Aykutun qolları ilə 3:0 qalib gəlmişdir. Kopenhagendəki oyunda 1:3 uduzmasına baxmayaraq mərhələni keçmişdir. 3-cü turda isə ilk oyununda səfərdə İngiltərənin Kristal Palas klubunu Serkan Aykut və Tümər Mətinin qolları ilə, evdə isə Serkan Aykutun dublu ilə 2:0 məğlub etmişdir. Yarımfinalda isə Almaniyanın Verder Bremen klubuna hər iki oyunda 0:3 uduzmuşdur. 5 avqust 1998-ci ildə Verderlə oynanan oyun Samsunspor tarixində hələ ki, son Avropa oyunu olmuşdur.

1998–2006-cı illəri arasında bir uğur əldə etməyən Samsunspor sadəcə Serkan Aykutun 1999–2000 mövsümündə 30 qolla yaşadığı bombardirlik ilə yadda qalmışdır.

Son illər 2005–06 mövsümündə uğursuz olan Samsunspor 17-ci olaraq 13 il sonra aşağı dəstəyə düşmüşdür. Həmin mövsüm Türkiyə kubokunun 1/4 finalına qədər gəlmiş, amma Dənizlispora uduzmuşdur.

2006–2011 illəri arasında Türkiyə 2-ci liqasında oynayan Samsunspor 2010–11 mövsümündə liqanın bitməsinə 2 tur qalmış Türkiyə çempionatına yüksəlməyi bacarmışdır. Samsunsporlu Simon Zenke isə bombardir olmuşdur. Amma 2011–12 mövsümündə 36 xalla 16-cı yeri tutan Samsunspor yenə aşağıya düşmüşdür. 2012–13 mövsümündə 2-ci liqada 14-cü olmuş, ertəsi mövsüm isə pley-offlara qatılmışdır. Pley-offun yarımfinalında Ankarasporu 1:0, 1:1 hesabları ilə keçən Samsunspor həmin mövsüm səfərdə 3:0 öndə ikən 4:5 uduzduğu Mesin İY ilə qarşılaşmışdır. İlk oyunda 3:3 bərabərə qalan Samsunspor ikinci oyunda 0:2 uduzmuş və çempionata yüksələ bilməmişdir.

Samsunspor 20 Yanvar faciəsi