Antoni Tapiyes (; ) — İspaniyalı rəssam və heykəltaraş. XX əsr İspaniya rəssamlığında mücərrəd və avanqard janrın önəmli təmsilçilərindən biri.

Həyatı Antoni Tapiyes 1923-cü il dekabr ayının 13-də Barselonada anadan olub. Barselona Universitetinin Hüquq fakültəsində təhsil alıb, amma üç ildən sonra rəssamlığa olan həvəsi universiteti tərk etməsinə səbəb olub.

1950-ci ildə ilk fərdi sərgisini açıb.

Bundan sonra Parisə köçən A. Tapiyes burada mücərrəd janrda əsərlər yaratmağa başlayıb. 1990-cı ildə Barselonada Antoni Tapiyes fondunu yaradıb ki, burada 2000-ə qədər rəssamın əsəri yerləşdirilib. Fondda həmçinin gənc rəssamların yetişdirilməsi və moderinizm janrının təbliği istiqamətində fəaliyyət göstərib.

Antoni Tapiyes 6 fevral 2012-ci ildə 88 yaşında vəfat edib. O, 2007-ci ildən xəstə olub.

İstinadlar

Kateqoriya:İspaniya rəssamları Kateqoriya:Barselonada doğulanlar Kateqoriya:Barselonada vəfat edənlər Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri