Bakı Dəmiryolu vağzalı — Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin qatarlarını qəbul edən dalan tipli dəmiryolu stansiyası. Əsası 1880-ci ildə qoyulmuş bu stansiya Tiflis vağzalı kimi də tanınır.

Tarixi Vağzalın ilk binası Bakı-Tbilisi dəmiryolu xəttinin istismara verilməsi ilə bir tarixə, 1880-ci ilə təsadüf edir. 1926-cı ildə elektrikləşdirilmiş Bakı — Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərilməsi üçün ikinci vağzal kompleksi-Sabunçu Vağzalı layihələndirilmiş və tikilmişdir. Binanın memarlığı da Şərq üslubunda işlənmişdir. 1967-ci ildə Sabunçu vağzalının binasına metronun "28 May" stansiyasının yeni tikilmiş girişinin binası qoşulub. 1977-ci ildə stansiya böyük yenidənqurma işlərinə məruz qaldı və burada köhnə vağzal binasına sıx bağlanan yeni müasir vağzal binası tikildi.

2024-cü ilin noyabrında "Azərbaycan Dəmir Yolları" QSC tarixi vağzal binasının qarşısındakı meydanın yenidən qurulması və tarixi görkəminin qaytarılması istiqamətində işlərin başa çatdığını elan edib.

Xətt Poti-Bakı Dəmiryolu Bakı-Yalama Dəmiryolu Bakı-Sumqayıt qatarı Bakı şəhərətrafı dəmir yolu Bakı metropoliteni — 28 May metrostansiyası

Sitatlar "… və görkəmli bir dəmiryolu vağzalı, Amerika və ya Avropanın istənilən böyük şəhərinə layiqdir." — Jül Vern "Klodius Bombarnak"

Bakı Dəmiryol Stansiyası 1977-ci ilə qədər iki vağzal kompleksinin, 1883-cü ildə Bakı-Tbilisi xəttinin üzərində inşa edilmiş köhnə "Tiflis vağzalı" ilə 1926-cı ildə şəhərətrafı elektrik qatarları üçün tikilmiş "Sabunçu vağzalı" arasında yerləşirdi.

Hərəkət cədvəli Qatarın №-si Hərəkət istiqaməti Qatarın №-si Hərəkət istiqaməti 37 Bakı — Tbilisi 38 Tbilisi — Bakı 55 Bakı — Moskva 56 Moskva — Bakı 95 Bakı — Moskva 96 Moskva — Bakı 369 Bakı — Xarkov 370 Xarkov — Bakı 373 Bakı — Tümen 374 Tümen — Bakı 391 Bakı — Rostov 392 Rostov — Bakı

Stansiyanın ətrafında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 28 Mall Azərbaycan Respublikası Mərkəzi Bankı Heydər Əliyev Parkı Nikola Tesla Parkı Baku Medical Plaza Mərkəz Filialı Səməd Vurğun bağı Hökumət Evi

İstinadlar

Kateqoriya:Azərbaycandakı dəmiryol stansiyaları Kateqoriya:Bakıdakı dəmiryol stansiyaları Kateqoriya:Bakı Kateqoriya:1880-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Xrisanf Vasilyevin əsərləri Kateqoriya:1880-ci ildə açılmış dəmiryol stansiyaları