Lorenzo Buffon (; ) — italiyalı futbolçu, qapıçı. Beynəlxalq futbol tarixi və statistikaları federasiyası keçirtdiyi sorğuya əsasən o, "İtaliyada XX əsrin ən yaxşı qapıçıları" siyahısında 8-ci yer tutur.
Həyatı Lorenzo gənc karyerasını «Portoqruaro» klubunda başlıyır, sonralar isə Milanın heyətində İtaliya A Seriyasında debüt edir. Tezliklə Milanda o, əsas heyətdə yerini möhkəmləndirir, əsas qapıçısı olur və bu klubla İtaliya çempionu olur (1954-55, 1956-57 və 1958-59 mövsümlərində). İllər keçdikcə onu daha az oyuna salırlar, və Narçiso Soldanla heyətə düşmək üçün mübarizə aparır. 1958-ci ildə o, milliyə dəvət alır və ilk oyunlarından birində Fransa millisinə qarşı oyunuyur, sonunda hesab 2:2 olur. 1959-cu ildə Buffon Cenoaya keçir, amma orda yalnız bir sezon qalır və Milana geri qayıdır. 1962-ci ilin dünya çempionatından sonra o, karyerasında ən çətin vəziyyətə düşür: millidə yerini itirir və sonra «Fiorentina» komandasına ehtiyat qapıçı kimi transfer olunur. Bu klubda isə o, yalnız bir qarşılaşma keçirir, o da ki çempionatın ən axırıncı oynunda. Onun sonuncu klubu İvrea sayılır, və beləliklə o, karyerasını Seria C-də bitirir. Seria A-da o, ümümlikdə 376 oyun keçirmişdir, millidə isə 16.
Hazırda Lorenzo Buffon İtalyanın Latizan şəhərində yaşıyır və Milanın bu rayonda seleksiyaçısıdı.
Marağlı faktlar Müasir dövrün ən yaxşı qapıçılarından olan Canluici Buffon Lorenzo Buffonun uzaq qohumudu (Lorenzo Buffon Canluicinin babasının əmisi oğludu) Ələkbər Məmmədov məhz bu qapıçıya 1955-ci ildə San Siroda 4 qol vurmuşdu
Uğurları Futbolçu kimi Komanda ilə İtaliya çempionu: 1951, 1955, 1957, 1959 Latın Kubokunun sahibi:1951, 1956
İstinadlar
Buffon Buffon Buffon Buffon Buffon Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol qapıçıları