Qurabiyyə — tarixi ekstremist şiə cərəyanlarından biri. Cəbrailin Quranı səhvən Əli yerinə Məhəmmədə nazil etdiyinə inanırdılar.

Tarixi Qurabiyyə cərəyanının nə vaxt yarandığı məlum deyil, lakin bu cərəyanın cənubi İraqdan gəldiyi məlumdur. İbn Cübeyr bu cərəyanın XIII əsrdə Suriyada mövcud olduğunu deyirdi."Shi’ites and Shi’ism in Medieval Syria," Stephennie Mulder Həmçinin Yaqut əl-Həməvi bu cərəyanın Tanzaniyanın Pemba adasında yayıldığını göstərir. 1200-cü illərdə yazılmış və Omanda tapılmış "əl-Məqamə əl-Kilviyyə" adlı əsərdə bu cərəyanın başqa bir Tanzaniya adası olan Kilvada mövcud olduğunu göstərir.

İnancları Cəbrail Quranı nazil edərkən, səhvən Əli yerinə Məhəmmədə peyğəmbərlik vermişdir. Çünki Məhəmməd və Əli qarğalar kimi bir-birinə bənzəyirdilər (qurab qarğa deməkdir). Daha sonra səhvini düzəltmiş, Məhəmməd peyğəmbərlə birlikdə Əliyə də peyğəmbərlik vermişdir. Çünki Quranda Məhəmməddən sonra peyğəmbər olmayacağı deyilir, eyni zamanda olmayacağı deyilmir. Allah fikrini dəyişə bilər. Cəbrailə küfr və söyüş söyürdülər.Islam: Beliefs and Institutions, H. Lammens, S. J., s. 179 Əlinin nəslindən olan hər hansı bir şəxs imam ola bilər.

Mənbə

Kateqoriya:Şiə məzhəbləri Kateqoriya:Şiələr Kateqoriya:İslam terminləri