Klint Mensell (, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi.
Karyera
Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir.
1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı.
Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Orkestrlə və xor ansamblıyla yenidən yazılmış Lux Aeterna kompozisiyasının versiyası Üzüklərin hökmdarı: İki qala filminin treylerində istifadə edilmişdi.
Film musiqiləri
1998 — π 2000 — Requiem for a Dream 2001 — World Traveler 2001 — The Hole 2001 — Knockaround Guys 2001 — Rain 2002 — Abandon 2002 — Murder by Numbers 2002 — Every Night the Same Thing 2002 — Sonny 2002 — The Hire: Ticker 2003 — 11:14 2004 — Suspect Zero 2005 — Saxara 2006 — The Fountain 2006 — Trust the Man 2007 — Smokin' Aces 2007 — Wind Chill 2007 — Healing Syndrome 2007 — In the Wall 2007 — My Mother 2008 — Definitely, Maybe 2008 — The Wrestler 2008 — The Calling 2009 — Last Night 2009 — Moon 2010 — Black Swan 2010 — Faster 2011 — United 2013 — Stoker 2013 — Filth 2014 — Noah
Oyun musiqiləri
2012 — Mass Effect 3
Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:Britaniya rok müğənniləri Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:İngiltərə musiqiçiləri