Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir.

Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var.

Tarixi Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.

1960-cı ildə ölkə müstəqillik qazandıqdan sonra şəhər əhəmiyyətli hərbi məntəqəyə çevrilmişdir.

İnzibati bölgü Puent-Nuar şəhəri 6 bələdiyyədən ibarətdir: Patris Emeri Lumumba (Şəhərin ən qədim hissəsi, ticarət və idarə mərkəzi) Mvou-Mvou Tie-Tie (Ən çox əhalinin olduğu bələdiyyə) Loandjili Monqo-Pakau Nqoyo

Coğrafiya və iqlim Şəhər Konqo Respublikasının ən cənub-qərbindədir və Atlantik okeanının sahlindədir. Point-Nyor Anqoladan asılı olan Kabinda akklav bölgəsinin şimalındadır.

Qardaş şəhərlər Havr Nyu Orlean

İstinadlar

Kateqoriya:Konqo Respublikası şəhərləri Kateqoriya:1883-cü ildə yarananlar