Dmitri Valentin oğlu Nəzərov () — Azərbaycanlı futbolçu. Almaniyanın 3-cü Liqa təmsilçisi "Ertsqebirqe Aue" komandasında çıxış edir.

Dimitri Nazarov həmçinin 2014-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 40 oyunda meydana daxil olan Dimitri Nəzərov 8 qol vurub.

Həyatı Dimitri Nəzərov 4 aprel 1990-cı ildə Qazaxıstanın Tayınşa şəhərində anadan olub. Babası əslən azərbaycanlı olan Dimitri Nəzərov, 1 yaşı olanda ailəsi ilə birgə Almaniyaya köçüb.

Komanda karyerası

Karlsrue FK

Nəticələri

Azərbaycan yığması karyerası 2014-cü ilin may ayında Dimitri Nəzərov, Berti Foqts tərəfindən Amerika Birləşmiş Ştatları ilə oyun üçün Azərbaycan yığmasının heyətinə çağırıldı. 27 may 2014-cü ildə ABŞ-yə qarşı baş tutan yoldaşlıq oyununda, 60-cı dəqiqədə Vaqif Cavadovun əvəzinə meydana daxil olaraq Azərbaycan yığmasında debüt etdi.

Dimitri Nəzərov 9 sentyabr 2014-cü ildə Bolqarıstana qarşı keçirilən UEFA Avro 2016-nın seçmə mərhələ oyununda 35 metrədən möhtəşəm qol vuraraq Azərbaycan yığmasında birinci qolunu vurdu.

2015-ci ildə Dimitri Nəzərov UEFA Avro 2016-nın seçmə mərhələsində Malta ilə baş tutan və Serbiyaya qarşı keçirilən yoldaşlıq oyunda qol vurdu.

10 oktyabr 2015-ci ilin tarixində Dimitri Nəzərov dörd qat Dünya Çempionu olan İtaliya yığmasında qarşı keçirilən oyunda qol vurdu. Bu qol Azərbaycan yığmasının Bakı Olimpiya Stadionunda vurulan birinci qolu idi.

Dimitri Nəzərov Azərbaycan yığmasında son qolunu 2016-cı ildə Kanada yığmasına qarşı keçiriən yoldaşlıq oyununda vurub. SıraTarixStadionRəqibHesabQolYarış127 may 2014 ABŞ0–20Yoldaşlıq oyunu220 avqust 2014Bakcell Arena, Bakı Özbəkistan0–00Yoldaşlıq oyunu33 sentyabr 2014 Rusiya0–40Yoldaşlıq oyunu49 sentyabr 2014Bakcell Arena, Bakı Bolqarıstan1–21UEFA Avro 2016, s/m510 oktyabr 2014 İtaliya1–20UEFA Avro 2016, s/m613 oktyabr 2014 Xorvatiya0–60UEFA Avro 2016, s/m716 noyabr 2014Bakcell Arena, Bakı Norveç0–10UEFA Avro 2016, s/m828 mart 2015Tofiq Bəhramov Stadionu, Bakı Malta2–01UEFA Avro 2016, s/m97 iyun 2015 Serbiya1–41Yoldaşlıq oyunu1012 iyun 2015 Norveç0–00UEFA Avro 2016, s/m113 sentyabr 2015Bakcell Arena, Bakı Xorvatiya0–00UEFA Avro 2016, s/m126 sentyabr 2015 Malta2–20UEFA Avro 2016, s/m1310 oktyabr 2015Bakı Olimpiya Stadionu, Bakıİtaliya1–31UEFA Avro 2016, s/m1413 oktyabr 2015 Bolqarıstan0–20UEFA Avro 2016, s/m1526 mart 2016 Qazaxıstan0–10Yoldaşlıq oyunu1626 may 2016 Andorra0–00Yoldaşlıq oyunu1729 may 2016 Makedoniya1–30Yoldaşlıq oyunu183 iyun 2016 Kanada1–11Yoldaşlıq oyunu

İstinadlar

Həmçinin bax

Xarici keçidlər AFFA-nın rəsmi saytında Dmitri Nazarov

Kateqoriya:Ayntraxt Frankfurt II FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Ertsgebirge FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Proyssen Münster FK futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Almaniya vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Azərbaycandan Almaniyaya mühacirət edənlər