Zirə FK — Bakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 3 dəfə — 2015/16, 2023/24, 2024/25 mövsümlərində Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.
Stadionu Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir. Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.
Avrokuboklarda "Zirə" FK tarixi ərzində 4 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Lüksemburqun "Differdanj" komandasını mübarizədən kənarlaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.
Klub, növbəti dəfə Avrokuboklara 2021/22-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.
Zirə 2023/24 mövsümündə liqada ll olaraq UEFA Avropa liqasının l təsnifat mərhələsinə vəsiqə qazanaraq tarixində 3-cü dəfə Avrokuboklarda iştirak etmişdir.İlk mərhələdə Moldovanın "Şerif" komandası ilə qarşılaşan "Zirə FK" səfərdə qalib gəlsə də, Bakıdakı görüşdə penaltilər seriyasında rəqibinə məğlub oldu. Mübarizəni UEFA Konfrans Liqasında Liqasında davam etdirən "Zirə" burada pley-off mərhələsinə qədər irəliləyərək tarixində bir ilkə imza atmışdır.
I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına 26 iyul 2026-cı il tarixində olan məlumat: + Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə2017–18UEFA Avropa LiqasıI təsnifat mərhələsi Differdanj 032–12–04–117x17pxII təsnifat mərhələsi Astra0–01–31–317x17px2022–23UEFA Konfrans LiqasıII təsnifat mərhələsi Makkabi Təl-Əviv0-30-00–317x17px2024–25UEFA Avropa LiqasıI təsnifat mərhələsi Şerif1-21-02-2 (p. 4-5)17x17pxUEFA Konfrans LiqasıII təsnifat mərhələsi DAK 19044-02-16-117x17pxIII təsnifat mərhələsi Osiyek2-21-13-3 (p. 2-1)17x17pxPleyoff Omoniya 1-0 0-6 1-617x17px2025-26UEFA Konfrans LiqasıII təsnifat mərhələsi Hayduk Split1-11-22-317x17px2026-27UEFA Konfrans LiqasıI təsnifat mərhələsi Torpedo Kutaisi3-03-06-017x17pxII təsnifat mərhələsi Payde1-10-11-2
Yarışlara görə O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti
26 iyul 2026-cı il tarixinə olan məlumat: SıraTurnirOQHM Qollar1UEFA Çempionlar Liqası00000–02UEFA Kuboku / UEFA Avropa Liqası63127–63UEFA Konfrans Liqası1354418–174UEFA Kuboklar Kuboku00000–05UEFA İntertoto Kuboku00000–0- Cəmi1985625–23
Liqa və kuboklarda Azərbaycan Premyer Liqasında
frameless|16x16px Gümüş medal (3) — 2015/2016, 2023/2024,2024/2025 frameless|16x16px Bürünc medal (1) — 2021/2022
Azərbaycan Kuboku
frameless|16x16px Gümüş medal (3) — 2021/2022, 2023/2024, 2025/2026
Heyəti 8 sentyabr 2025-ci il tarixində yenilənib.
Baş məşqçi: Rəşad Sadıqov
2025-ci ilin sonuna olan məlumatına əsasən Zirə FK heyət dəyəri 13.9 milyon avro təşkil edir.
Statistik məlumatlar Qalın şriftlə adları yazılanlar Zirənin cari futbolçularını göstərirlər.
Ən çox oyun keçirən futbolçular
AdİllərLiqaAzərbaycan KubokuQitəCəmi1 İlkin Muradov2015–20242 Qismət Alıyev2020–h.h3 Dimitrios Çantakias2020–20244 Təmkin Xəlilzadə2015–2018 2021–20225 Hacıağa Hacılı2020–h.h6 Adil Nağıyev2015 2015–20197 Vüqar Mustafayev2016–20198 Viktor İqbekoyi2015–20189 Anar Nəzirov2015–201910 Yovan Krneta2015–2018
Ən çox qol vuran futbolçular
AdİllərLiqaAzərbaycan KubokuQitəCəmi1 Davit Volkov2020–2022 2024–h.h2 Nelson Bonilla2015–20163 Rafael Utziq2024–h.h4 Xulio Sezar Rodrigez20194 Riçard Qadze2017–2018 2019-20204 Hamidu Keyta2022–20237 Ağabala Ramazanov2020–20228 Rəhim Sadıxov2022–20248 Qismət Alıyev2020–h.h10 Milan Duriç2016–201811 Vüsal İsgəndərli2015–201911 Adil Nağıyev2015 2015–201911 Təmkin Xəlilzadə2015–2018 2021–202211 Loris Broqno2021–2023
+Məşqçilər cəmiMəşqçiOyun sayıQələbəHeç-heçəMəğlubiyyətVQBQXİşlədiyi müddətI divizionBəhram Şahquliyev22135436 -124428.07.2014–05.04.2015Premyer LiqaAdil Şükürov6530152079 -6610507.04.2015–27.12.2016Ayxan Abbasov5122161362 -518227.12.2016–29.08.2018Samir Abasov3712101541 -474629.08.2018–08.10.2019Zaur Həşimov1664624 -282209.10.2019–30.06.2020Rəşad Sadıqov331115737 -324817.07.2020 —
İstinadlar
Xarici keçidlər Zirə FK Rəsmi sayti
Kateqoriya:Zirə FK Kateqoriya:Bakı futbol klubları Kateqoriya:Zirə (Xəzər)
Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Premyer Liqası klubları